Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Elmin İnkişafı Fondundan növbəti əməkdaşlıq Adalet.az | Elmin İnkişafı Fondundan növbəti əməkdaşlıq Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Elmin İnkişafı Fondundan növbəti əməkdaşlıq

10221    |   2018-03-06 16:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Martın 6-da Kənd Təsərrüfatı Nazirliyində bu qurumla Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu arasında əməkdaşlıq protokolu imzalanıb. Protokolu Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov və Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev imzalayıb.
Protokolun məqsədi kənd təsərrüfatı sahəsində elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin qrant şəklində ünvanlı maliyyələşdirilməsinə, alimlərin, o cümlədən gənc tədqiqatçı və mütəxəssislərin aqrar elmlər sahəsində elmi fəaliyyətinin stimullaşdırılmasına birgə dəstək göstərilməsi və müvafiq tədbirlərin həyata keçirilməsidir.

İmzalanma mərasimində çıxış edən nazir Heydər Əsədov ölkədə kənd təsərrüfatı sahəsində aparılan islahatlardan, aqrar tədqiqatların səviyyəsindən, Elmin İnkişafı Fondu ilə əməkdaşlığın perspektivlərindən ətraflı danışıb. Nazir müvafiq qurumların rəhbərlərinə tapşırıq, tövsiyə və təkliflərini verib, aqrar elmi tədqiqatlar sahəsində fəallığın daha da artırılmasının, beynəlxalq əməkdaşlığın gücləndirilməsinin zəruri olduğunu qeyd edib.

Fondun icraçı direktoru Elçin Babayev isə qeyd edib ki, Azərbaycan hökumətinin davamlı olaraq inkişaf etdirdiyi sahələr arasında kənd təsərrüfatı birincilər sırasında dayanır. Ölkə başçısı ölkənin ərzaq və qida təhlükəsizliyinin təmin olunması, ixrac potensialının artırılması, aqrar sektorun inkişafına xüsusi əhəmiyyət verir. Kənd təsərrüfatına dövlət dəstəyinin həcmi ildən-ilə artır, subsidiyalar verilir, fermerlər lazımı texnika və aşağı faizli kreditlərlə təmin olunur, müxtəlif tədbirlər həyata keçirilir, dövlət proqramları qəbul edilir.

Tərəflər əməkdaşlığın formalarını bir daha müzakirə edib, yaxın dövr üçün birgə fəaliyyət proqramını razılaşdırıb.

Sonda Elmin İnkişafı Fondunun qrant layihələri çərçivəsində nəşr edilmiş kitablar nazirliyin kitabxanasına təqdim edilib.


İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-11
2018-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK