adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Mart 2018 17:23
18856
MƏDƏNİYYƏT
A- A+

Azərbaycan Kann kinofestivalının layihəsində

Kann film festivalının "L’atelier” proqramına seçilən 15 kinolayihənin adı açıqlanıb.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, festivalın tarixində ilk dəfə olaraq bu siyahıda azərbaycanlı rejissor Elvin Adıgözəlin üçüncü uzunmetrajlı filmi olacaq "Yaşar” kinolayihəsi də yer alıb.

Qeyd edək ki, "L’atelier” proqramı Kann beynəlxalq kinofestivalının tərkibində 2005-ci ildə bu sahədə yeni nəsil yaradıcı insanların üzə çıxarılması məqsədilə təsis olunub. Proqrama seçilən kinolayihələr Kann film festivalı üçün xüsusi əhəmiyyət daşıyır.

"Çəkilməmiş film üçün bu ən yüksək beynəlxalq hədəfdir. Bütün mənalarda Azərbaycan kinosu üçün böyük uğurdur”, - deyə "Yaşar” kinolayihəsinin prodüseri Teymur Hacıyev bildirib.