adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
06 Mart 2018 16:10
15699
KRİMİNAL
A- A+

Evdən 17 min manat pul oğurlayan qadın saxlanıb

Ağstafa rayonunda yerləşən evlərdən birindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, rayon ərazisindəki evlərin birindən 15 572 manat və 800 ABŞ dolları oğurlanıb. Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Xanlıqlar kənd sakini Məryəm Qurbanova saxlanılıb. Araşdırma aparılır.