adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
06 Mart 2018 15:54
10463
GÜNDƏM
A- A+

Hər il 12 milyon qız zorla ərə verilir

UNİCEF son 10 il ərzində 25 milyon uşaq evliliyinin qarşısını aldığını açıqlayıb.

UNİCEF-in yeni hesabatında uşaq yaşında evləndirilən qızların sayının 15 faiz azaldığı qeyd olunub. Ancaq Afrika ölkələrində bu say daha da artıb.

Qeyd edilib ki, dünyada uşaq yaşlarında ailə həyatı qurmuş 650 milyon qadın yaşayır. Hesabatda bildirilib ki, uşaq evliliklərinin ən çox azaldığı ölkələr arasında Cənubi Asiya, Hindistan yer tutur. Buna səbəb qızların təhsil səviyyəsinin artması, tez-tez ictimaiyyətə bu addımın nə qədər zərərli olduğuna dair məlumatların çatdırılmasıdır.

UNİCEF-in açıqlamasında bildirilib ki, dünyada hər il 12 milyon qız zorla ərə verilir.