adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Mart 2018 15:28
20588
MARAQLI
A- A+

Tanrı varmı? - İnanmaq üçün səbəblər (sonuncu hissə)

Əvvəli burada


İsa Məsih Tanrının şəxsiyyəti haqqında nələri açıqlayıb? Tanrının insanlığa qarşı duyğuları, düşüncələri və onlardan gözlədikləri nədir?

İsa Tanrının şəfqətli, sevgi dolu, bizim qüsurlarımızdan xəbərdar olan və bizlə əlaqəyə girmək istəyən olduğunu göstərib. İsa Tanrının bizi cəzanı haqq edən günahkarlar kimi görür, ancaq bizə olan sevgisindən onun daha fərqli bir planının olduğunu deyir. Tanrı bizim günahlarımızın cəzası olaraq öz oğlunu qurban verib. İsa Məsih də bunu könüllü surətdə qəbul edib.

İsaya doqquz başlı qırmancla işgənc vermişdilər. Başına tikanlı tac geydirmişdilər. Ardınca da onu biləklərindən və ayaqlarından çarmıxa mıxlamışdılar. Onun möcüzələrini düşünsək onu çarmıxda tutan o mıxlar deyil, bizə qarşı bəslədiyi sevgi olduğunu başa düşərik. İsa bizim günahlarımız bağışlasın deyə canını qurban vermişdi. İssanlığın sarıldığı bütün dinlərə baxanda sadəcə İsanın cildində bizə yaxın olan Allahın bizimlə əlaqəyə girməyini görürük. Tanrının bizimlə ən yaxın əlaqəsi İsa Məsihlə olub.

İsa öldü və biz bağışlandıq. Tanrı tərəfindən qəbul edildik və onun əsl sevgisini dada bildik. (Yeremya 30/3) Tanrı belə dedi: Ona uzaqdan görünüb belə dedim: Səni sonsuz bir sevgiylə sevdim. Bu səbəblə səni özümə sarı çəkdim.

İsanın Tanrı olduğunu isbat edən ən yaxşı sübut onun ölüləri diriltməsidir

İsa dəfn olunduqdan üç gün sonra yenidən dünyaya gələcəyini demişdi. Çarmıxa çəkilməsindən sonrakı üçüncü gün məzarının qapısına iki tonluq bir qaya qoyulmuş, başında da iki silahlı Roma əsgəri duran zaman mələklər görünür və sonra məzarında İsanın boş kəfəni qalır. Əsirlərdir İsanın ölümdən sonra dirilməsi ilə bağlı analizlər aparırlar, ancaq hər dəfə də İsanın dirildiyi nəticəsinə gəlirlər.

Əgər həqiqətən  Tanrının var olub olmadığını öyrənmək istəyirsənsə, İsanın həyatına baxmalısan. Yuhanna 3/16: "Çünki Tanrı dünyanı o qədər çox sevdi ki, bircə oğlunu göndərdi. Ona iman gətirənlərin heç biri məhv olmasın, amma hamısı əbədi həyata qovuşsun.

Beləliklə, bütün həqiqətlərə baxan zaman Tanrının var olduğu səmimi şəkildə ortaya çıxır.



 Kampusweb.com saytından Azərbaycan dilinə çevirdi: Emin Akif