adalet.az header logo
  • Bakı 20°C
06 Mart 2018 12:17
12050
DÜNYA
A- A+

İstanbulda əməliyyat: 40 nəfər tutuldu

İstanbulda narkotik vasitələrin ticarəti ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

Adalet.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, şəhərin 3 müxtəlif rayonunda həyata keçirilən əməliyyat nəticəsində 40-dan çox şəxs saxlanılıb.

Əməliyyat səhər saatlarında başlayıb və bir neçə saat davam edib.

Qeyd edək ki, son dörd il ərzində İstanbulda keçirilmiş əməliyyatlar nəticəsində 300 mindən çox narkotik alverçisi saxlanılıb.