warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Ataşehir Kuaförü Ataşehir Erkek Kuaförü Ataşehir kadın kuaförü Adalet.az | Sürücünün üzünə tüpürdülər… – “BakuBus”dan VİDEO Adalet.az | Sürücünün üzünə tüpürdülər… – “BakuBus”dan VİDEO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Sürücünün üzünə tüpürdülər… – “BakuBus”dan VİDEO

8143    |   2018-03-06 10:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

BakuBus MMC yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücünün videosunu yayıb.

Adalet.az saytı "Teleqraf"a istinadən xəbər verir. "BakuBus”dan verilən məlumata görə, hadisə fevralın 28-i, saat 14:08-da 1 saylı marşrut xətti üzrə hərəkət edən adıçəkilən MMC-yə məxsus 99-JX-256 dövlət qeydiyyat nişanlı avtobusun Neftçilər metrostansiyasında dayanacağa daxil olarkən baş verib:

Təqdim olunan görüntüdə 99- AL-789 dövlət qeydiyyat nişanlı avtomobil sürücüsünün yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, avtobusun hərəkət zolağında öz avtomobilini saxlaması, avtobusun dayanacağa daxil olmasına maneə yaratdığı və bununla bağlı xəbərdarlıq edən sürücünü nalayiq hərəkətlər və sözlərlə təhqir etdiyi əks olunur.

"BakuBus” MMC-tərəfindən bəzi avtomobil sürücülərinin avtobuslar dayanacaqlara daxil olarkən və çıxarkən yaratdıqları maneələrlə bağlı mütəmadi şəkildə ictimaiyyətə məlumatlar təqdim olunur. Ancaq sərnişindaşıma fəlaiyyyəti zamanı fərdi avtomobil sürücülərinin qanunsuz parklama, ötüb keçmə və dönmə əməliyyatları zamanı yol verdikləri qayda pozuntuları ictimai nəqliyyat üçün daha böyük təhlükələr və maneələr yaradır.

Videodan aydın görünür ki, avtomobil sürücüsü avtobusun hərəkət zolağında qanunsuz olaraq parklama edib və bu azmış kimi hər vəchlə öz hərəkətinə haqq qazandırmaqdan, yaşılı avtobus sürücüsünə hədə-qorxu gəlməkdən çəkinmir.

"BakuBus”un yaydığı məlumatda deyilir: "Qeyd edək ki, avtobusda olan onlarla sərnişinin gözü önündə avtobus sürücüsünü təhqir edən, ona hədə-qorxu gələrək üzünə tüpürən və beləliklə, yaşlı sürücünün şərəf və ləyaqətini alçaltmağa çalışan şəxslə bağlı hüquq-mühafizə orqanlarına müracit olunub. Hadisəyə hüquqi qiymət verilməsi və avtobusun normal fəaliyyətinə maneə yaradan, sürücünü təhqir edən şəxsin qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması üçün lazım olan bütün tədbirlər həyata keçiriləcəkdir.

Bir daha bu cür şəxsləri öz qanunsuz əməllərindən çəkinməyə və digər sərnişinlərimizi isə baş verən bu kimi hallara qarşı laqeyid qalmamağa çağırırıq”.



İmza:
SON XƏBƏRLƏR
2019-03-24
2019-03-23
2019-03-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Doğrudanmı, əmiqızıyla əmioğlunun kəbinini göydə mələklər kəsir?

Hə (78.43%)
Yox (21.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Birlikdə 50 il ömür sürmüş ər-arvad boşanma üçün hakimin qarşısına çıxırlar. Kişinin 77, qadının 75 yaşı var. Hakim:

- 50 il birlikdə ömür sürmüsünüz, ayıb deyilmi, boşanırsınız?

Kişi əsəbiləşir:

- Yoldaş hakim, neynəyib dözmüşəm, sevmişəm deyə səsim çıxmayıb, amma hayasız qudurub, mən yatandan sonra mənim protez dişlərimi geyinib sarımsaq yeyir!





digər lətifələr
ARXİV
FACEBOOK