adalet.az header logo
  • Bakı 16°C
06 Mart 2018 10:26
7568
HADİSƏ
A- A+

Sabirabadda 11 yaşlı məktəblini maşın vurub

Sabirabad rayonunda avtomobil piyadanı vurub.

 

Adalet.az xəbər verir ki, rayonun Şıxsalahlı kəndində 2007-ci il təvəllüdlü  Səringül Rafiq qızı Rami bu gün səhər saatlarında məktəbə gedərkən "VAZ 21 07” markalı avtomobil tərəfindən vurulub. Məktəbli qız kəllə-beyin travması ilə sürücü tərəfindən Şirvan şəhər Xəstəxanasına çatdırılıb.Onun vəziyyəti ağır qiymətləndirilir.

 

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.