adalet.az header logo
  • Bakı 18°C
06 Mart 2018 00:09
9781
GÜNDƏM
A- A+

Prokurorluğumuzun tarixinə səyahət

Nizam
Rüstəmov
Hüquqşünas,
Müharibə
veteranı

"Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram".

Heydər Əliyev

Azərbaycan Prokurorluğunun tarixində ən əlamətdar günlərdən biridir. İştirakçısı olduğumuz bu gün müstəqil Azərbaycan dövlətçiliyinin 100 illik tarixindəki şərəfli səhifələrdən birinin də bərpası deməkdir. Azərbaycanın müstəqil dövlətçiliyinin son on illik tarixi onu da sübut etdi ki, tarixi səhifələrini hətta zaman da dəyişdirmək gücündə deyildir. 1998-ci il 11 oktyabr tarixi bütün dünyaya bir daha çatdırdı ki, Azərbaycan xalqı 1993-cü ildəki seçiminə bu gün də sadiqdir. Ölkə vətəndaşlarının Prezident seçkilərindəki siyasi fəallığı da elə bu sədaqətə, onların inamına söykənir.
Bu siyasi fəallığın arxasında 1993-cü ildə dövlət müstəqilliyimizin qorunub saxlanmasını təmin edə bilmiş, Azərbaycanı qardaş qırğınından, vətəndaş müharibəsindən qurtarmış milli liderə xalqın inamı dayanır. Çünki 1988-ci ildən sonra məhz son on ildə vətəndaşların təhlükəsiz yaşaması hüququna dövlət səviyyəsində münasibət bəslənildi və dövlət təminatı verildi. Məhz qurub-yaratmağa xidmət edən sabitliyə min bir əzab-əziyyət hesabına son on ildə nail olundu. Azərbaycan vətəndaşına müstəqil dövlətin vətəndaşı olduğunu dərk etməsi, qiymətləndirilməsi üçün şərait yaradıldı.
Təkcə prokurorluğun şərəfli tarixinin özünə qaytarıldığı gün demək deyildir. Bu, ilk növbədə 100 il əvvəl qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin varislik ənənəsinin bərpası deməkdir. Prokurorluq orqanlarının hər bir əməkdaşı üçün xüsusən o qiymətlidir ki, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələrinin bərpası digər hüquq-mühafizə orqanları ilə yanaşı, artıq prokurorluğun da taleyində yaşayır. Bizim üçün son sevindiricisi odur ki, prokurorluğun şərəfli tarixini 17 iyul 1998-ci ildə prezidentin sərəncamı ilə özünə qaytaran da Ulu öndərimiz Heydər Əliyev cənabları oldu. Göstərilən tarixdə Ulu öndərimizin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələrinin bərpasına xidmət etdi və 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı günü elan olundu.
Adını daşıdığımız "prokuror" sözünün dərin tarixi kökləri var. Prokurorluğun əsası ilk dəfə XIV əsrin əvvəllərində Fransada qoyulubdur. Fransa prokurorluğu həm qəbul ölkələrinin, həm də Azərbaycan prokurorluğunun tarixən sıx bağlı olduğu Rusiya prokurorluğunun təşəkkülünə ciddi təsir göstəribdir.
Azərbaycanda prokuror nəzarətini Bakı və Yelizavetpol quberniyaları dairə məhkəmələrinin prokurorları və onların müavinləri, Azərbaycan məhkəmələri üçün apellyasiya hüququna malikdir. Tiflis məhkəmə palatasının prokuroru və onun müavinləri həyata keçirirdilər. 1868-ci il fevralın 19-da Azərbaycanda tərkibində müvafiq prokuror nəzarəti və istintaq hissələri olan 14 yeni idarə yaradıldı.
Müstəqil Azərbaycan dövlətinin prokurorluq tarixinə gəldikdə isə, onun bu tarixi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 1 oktyabr tarixli qərarından hesablanır. Həmin qərarla Bakı dairə Məhkəməsinin və onun tərkibində prokurorluq orqanlarının fəaliyyəti bərpa edildi. Müstəqil Azərbaycanın ilk prokurorları - Xəlil bəy Xasməmmədov, Fətəli xan Xoyski müstəqil dövlətçiliyimizə şərəf və ləyaqətlə xidmət etdilər. Lakin Xalq Cümhuriyyəti kimi, müstəqil prokurorluğumuzun da ömrü təəssüf ki, qısa oldu.
Bundan sonrakı dövrdə fəaliyyət göstərən prokurorluq SSBİ dövlətinin konstitusion əsaslarını qoruyan qanunvericilik aktlarını həyata keçirən dövlət idarəçilik üsulunu əsirinə çevrildi. Ədalət naminə bu gün o da qeyd edilmədir ki, bütün çətinliklərə baxmayaraq, prokurorluq o dövrdə də daxili imkanları çərçivəsində yüzlərlə vətəndaşın pozulmuş hüququnun bərpasına səy göstərib və bir sıra hallarda buna nail olubdur. Yəni, o dövrdə prokurorluğun fəaliyyətində "hər şey pis olub" demək də haqsızlıq olardı.
Lakin o da faktdır ki, qanunların icrasına nəzarət etməli olan prokurorluğun həmin zaman kəsiyindəki fəaliyyəti müddətində "üçlük"lərin qərarı ilə bir çox dövlət və ictimai xadimlərimizə, ziyalılarımıza "xal düşməni" damğası vurulmuş, kütləvi repressiyalar həyata keçirilmişdi. Həmin dövrdə qanunun aliliyi təmin etməli olan prokurorluq isə öz kəsərli sözünü deməyib, susubdur. Rejim qarşısında bu itəatkar fəaliyyət hətta ona gətirib çıxarıb ki, 1937-1938-ci illərdə Azərbaycanda 21 peşəkar prokurorluq işçisinə də "düşmən" və "cinayətkar ünsür" damğası vurulubdur. Onların arasında Respublika prokurorları Bahadur Vəlibəyov və Böyükağa Talıblı, baş prokurorun müavini Ə.Babaxan, Şamaxı rayon prokuroru Ə.Əmirov və digərləri də vardır. Lakin, o ağır repressiya illərində Azərbaycanın prokurorluq orqanlarının əməkdaşlarının böyük əksəriyyəti öz vəzifə borclarını namusla yerinə yetirərək xalqa xidmət etmişdirlər.
Məhz ölkə başçısının müstəqil cəmiyyətdə prokurorluğun yerinə yetirə biləcəyi ali vəzifələrə inamı və Azərbaycan vətəndaşlarının bu inamı dəstəkləməsi Konstutusiyaısnın bugünkü prokurorluğumuzla bağlı 133-cu maddəsinin qəbuluna əsas verdi. O dövrdə bəziləri prokurorluğun cəmiyyətdəki yeri və funkisiyaları barədə çox ziddiyətli və çaşdırıcı fikirlər söyləməkdən də çəkinmirdilər, lakin həyat özü müstəqil Azərbaycan dövlətçiliyinin son on illik tarixi bütün bu fikirlərin də cavabını verdi. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, bu cavabı vaxtilə Konstityusanın 133-cu maddəsinə səs vermiş Azərbaycan vətəndaşların özləri oldu.
Cinayətə görə cəzanın labüdlüyü prinsipinin təmin olunması Azərbaycanda vətəndaşların təhlükəsiz yaşamasını təmin etmək deməkdir. Heç şübhəsiz ki, bu ali amala xidməti təqiblə qarışdıranlar bir məsələni də unudurlar. Unudurlar ki, Azərbaycan dövləti son ildə humanizm prinsiplərinə sadiq olduğunu sübut edirdi.
Yada salaq ki, 1993-cü ilin iyunundan sonraki dövrdə Azərbaycanda ölüm cəzalarının icrasına faktiki moratorium qoyuldu. 1996-cı ildə məhz Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə Cinayət Məcəlləsinin 21 maddəsindən ölüm cəzasını çıxartmasına nail oldu. Həmin 1996-cı ildə yenə də ölkə başçısının təşəbbüsü ilə qadınlara və 65 yaşına çatmış kişilərə ölüm cəzası hökmünün çıxarılması qanunvericiklə qadağan edildi. 1998-ci ilin fevralında isə məhz ulu öndərimiz Heydar Əliyevin təşəbbüsü ilə bütün Şərq dünyasında ilk ölkə olaraq Azərbaycanda ölüm cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsindən çıxarıldı. Hüquqi islahat komissiyasının fəaliyyətində humanizm prinsiplərinin əsas tutulmasının məntiqi nəticəsidir. Azərbaycanda aparılan hüquqi islahatlarda humanizm prinsipləri rəhbər tutulmuşdur.
Azərbaycan demokrotik cəmiyyət, hüquqi və dünyavi dövlət quruçuluğu yolunu tutmuşdur. Təbii ki, demokrotik cəmiyyət xalqını, dövlətini təmsil edə bilən güclü iqtidarla yanaşı, sağlam, konstruktiv müxalifətin də formalaşmasını labüd edir. Şübhəsiz ki, demokratik cəmiyyətdə müxalifətin iqtidarla siyasi mübarizəsi də olmalıdır.
Çünki müstəqil Azərbaycan dövləti və onu təmsil edən möhtərəm ölkə başçısı bizdən yalnız bu xidməti, bir sözlə qanunun aliliyinin təmin olunmasını tələb edir. Ulu öndərimizin bizə miras qoyduğu azadlıq və demokratiyanı, onun sonsuz siyasətini bu gün həyata keçirən möhtərəm prezidentimiz İlham Əliyev dönmədən həyata keçirərək bu müstəqil Azərbaycan dövlətinin yaşamasını davam etdirir. Ulu öndərimiz on il, İlham Əliyev işə on beş ildir, müstəqil Azərbaycan dövlətinin demokratik yolnan aparır. Qanunla üzərimizə qoyulan vəzifələrin icrasına söykənməlidir. Qanunu pozan kimliyindən, millliyyətindən, keçmiş xidmətlərindən və ya bu gün tutduğu vəzifədən asılı olmayaraq, qanun qarşısında cavabdehdir. Qanun mütləq qaydada tətbiq edilməlidir. Elə bu səbəbdən də ötən dövrdəki fəaliyyətimizdə siyasi mübarizə normalarına deyib, qanunun aliliyinə üstünlük vermişik.
Lakin onu da qeyd etmək istərdim ki, hüquq-mühafizə orqanlarının öz sıralarında da vəzifəsindən suyu istifadə edənlər olmuşdur. Son on beş ildə, prokurorluq da daxil olmaqla, hüquq-mühafizə orqanlarının sabiq əməkdaşları cəzalanıblar, lakin belələri hələ də var. Bax bu sahədə mübarizənin daha da gücləndirilməsini hüquq-mühafizə orqanlarından tələb edən cənab prezidentimiz İlham Əliyevin iradı çıxışlarında, göstərişlərində bütövlükdə qəbul olunur. Onun bu iradlarından ciddi nəticələr çıxarılır. Səmimiyyətlə bildirirəm ki, nəinki bu sahədə, bir çox başqa sahələrdə də prokurorluğun xalqımız, müstəqil dövlətimiz qarşısında çox borcu var. Bununla yanaşı, əminik ki, ölkə prezidentinin təşəbbüsü ilə hazırlanmış rüşvətxorluğa qarşı mübarizə və digər proqramının qəbul edilməsində vəzifələrimizin daha dolğun icrasına zəmanət verilibdir.

(ardı gələn sayımızda)