adalet.az header logo
  • Bakı 13°C
06 Mart 2018 09:46
8692
İDMAN
A- A+

Çempionlar Liqasında ilk 1/4 finalçılar müəyyənləşəcək

Bu gün Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsi çərçivəsində cavab qarşılaşmalarına start veriləcək. 


Adalet.az saytının məlumatına görə, artıq ilk iki 1/4 finalçının adına aydınlıq gələcək.

 

Təbii ki, bütün diqqətlər Parisdəki matça yönələcək. Erkən final hesab edilən PSJ – "Real” mübarizəsində kimin yoluna davam etdirəcəyinə aydınlıq gələcək. İspaniyada rəqibi üzərində 2 top fərqi ilə qələbə qazanan ÇL-in son qalibi Fransaya üstün yollanıb. Bu azmış kimi, PSJ-nin lideri Neymar da zədə ucbatından qarşılaşmanı buraxacaq.

 

Günün digər oyunu elə də böyük önəm kəsb etmir. Səfərdə "Porto”nun qapısından 5 cavabsız top keçirən "Liverpul” üçün doğma azarkeşləri önündəki cavab görüşü formal xarakter daşıyacaq.

 

 Çempionlar Liqası

 

1/8 final (cavab oyunları)

 

6 mart

 

23:45. PSJ (Fransa) – "Real” (İspaniya)

 

Baş hakim: Feliks Brix (Almaniya)

 

Paris, "Park De Prens" stadionu

 

İlk oyun – 1:3

 

 

23:45. "Liverpul” (İngiltərə) – "Porto” (Portuqaliya)

 

Baş hakim: Feliks Zvayer (Almaniya)

 

Liverpul, "Enfild Roud" stadionu

 

İlk oyun – 5:0