adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Mart 2018 17:13
16965
MARAQLI
A- A+

962 avro alan pensiyaçılar aksiya keçiriblər - Pensiyanın azlığından narazıdırlar

İspaniyada minlərlə pensiyaçı etiraz aksiyası keçirib.

Trend-in məlumatına görə, onların etirazının səbəbi pensiyalarla bağlıdır. Belə ki, etirazçı təqaüdçülər hökumətdən pensiyanın artırılmasını tələb ediblər.

Qeyd olunur ki, hökumətin bir müddət əvvəl pensiyaları 0,25 faiz artırmaq qərarı etirazçıları qane etməyib.

Məlumata görə, ən geniş aksiya paytaxt Madriddə keçirilib. Aksiya zamanı etirazçılar Parlamentə gedən yolu bağlayıblar.

Bildirilir ki, bundan başqa etiraz aksiyaları Pamplona, Valyadolid, Valensiya və digər şəhərlərdə keçirilib.

Qeyd edək ki, 2017-ci ilin yekunlarına əsasən İspaniyada orta aylıq pensiya 962 avro olub.