adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Mart 2018 16:52
15487
SİYASƏT
A- A+

Sarkisyanların yerini dəyişəndə….

Ermənistanda yeni prezident seçilib. Əslində yeni deyil. Sarkisyanın biri gedib yerinə başqa Sarkisyan gəlib. Uzun sözün qısası növbəti Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin həllinin nə qədər yaxın və ya uzaq olacağı sual altındadır. Əsas məsələ odur ki, yeni president Serjikdən fərqli olaraq beynəlxalq qurumlarda Ermənistanı təmsil edib və uzun müddət diplomat işləyib.

Politoloq Nəzakət Məmmədova Ermənistanda president dəyişiminə münasibət bildirib. Qeyd edib ki, Sarkisyanların yerini dəyişsə də Ermənistan siyasətində əsaslı dəyişik gözləmək olmaz: "Baxmayaraq ki, yeni Sarkisyan həm Rusiyada, həm Avropada geniş əlaqələri olan biznesmen, diplomat və keçmiş elm adamıdır. İkinci Sarkisyanı hakimiyyətə gətirən nə oldu? Artıq mənfur xalqın geninə hopmuş və yaşamaq uğrunda mübarizədə əsas prinsipinə çevrilmiş şəraitə uyğun düşünmə qabiliyyəti və hiyləgərlik. Görəndə ki, barbar təfəkkürlü və nimdaş görkəmli Serj Sarkisyan ölkənin imicinə xələl gətirir, ölkə hər sahədə uduza-uduza gedir, kor tutduğundan yapışan kimi o və komandası Qarabağ kartından yapışıb ermənilərin gözünə kül üfürməklə məşğul olurlar, dərhal səlahiyyətləri cüzi olan, amma ölkəni beynəlxalq aləmdə ondan daha yaxsi təmsil edə bilən Armen Sarkisyanı prezident seçdilər. 

Onun geniş əlaqələri, elmi dərəcəsi var, xarici dildə danışır, beynəlxalq diplomatik protokol və nəzakət qaydalarını bilir və s. Yerevan Universitetinin filologiya fakultəsini 8 ilə güc bəla ilə bitirmiş, çilingər, Qarabağda vuruşan quldurbaşı Serjdən fərqli olaraq Armen Yerevanda şəhər mühitində böyümüş, akademik fəaliyyəti olan adamdır. Onlar özlərinə görüntü üçün belə prezident seçməklə sivil dövlət imicini qazanmaq, rusiyapərəst Serj Sarkisyana balans yaradan Avropa təfəkkürlü prezidenti olan demokratiyaya meylli dövlət imici formalaşdırmaq qərarına gəldilər. Baxmayaraq ki, yeni prezident etiraf edib ki, o, sovet dövrünün yetirməsidir və sovet adamıdır. Gələk bizlərə. Ermənistanın bu taktikasının qarşısında biz nə etməliyik?! İsrailin hərbi doktrinası da əsas prinsip budur: İsrail dövlətinin hərbi gücü ən pis halda ərəb ölkələrinin birlikdə götürülmüş gücünə bərabər olmalı, ən yaxşı halda onları üstələməlidir. Azərbaycanın taktikası da minimum düşmən ölkənin taktikası səviyyəsində olmalı, idelada isə onu qat-qat üstələməlidir”.

Ermənistanı dünyada biabırçılıqdan qurtarmaq üçün…

Politoloq onu da bildirib ki, qələbə istəyiriksə yolun yarısında dayanmaq olmaz: "Biz erməniləri 1993-cü ildən bəri - Ümummili Liderimizin hakimiyyətə gəlməsindən bu tərəfə olan dövrdə üstələmişik. 25 ildir ki, irəlidəyik. Həmin dövrdən bəri Ermənistanın 4 prezidenti olub - Ter Petrosyan, Koçaryan və Sarkisyanlar. Lakin bu prezidentlər Miatsumun nəticəsindən doğan status kvonu birtəhər saxlasalar da, onlar Ermənistan və Spryük - diaspora erməniləri arasında təfriqəni aradan qaldıra bilmədilər. Əksinə, daha da dərinləşdirdilər. Xüsusilə, diaspora Rusiyanın təyin etdiyi prezidentləri qəbul etmir. Ter Petrosyanı isə Ermənistanda qəbul etmirdilər, çünki o, diaspora - Livandan gəlmə erməni idi. Koçaryanı və Serj Sarkisyanı da nə Ermənistan əhalisi, nə diaspora qəbul etmirdilər. Daha doğrusu yad ünsür kimi qəbul edirdilər. Çunki Qarabağ ermənisi idilər və hətta Koçaryan erməni yox, alban əsilli olduğunu demişdi. Diaspora onları plebey kimi qəbul ediblər. Nəhayət, Azərbaycanın nəinki musiqisini, dilindəki sözləri, mətbəxini, eləcə də hər nə qədər etiraf etməsələr də siyasi mədəniyyətini və taktikasını mənimsəyən, bir sözlə Azərbaycanın nimdaş ayaqqabılarını geyinib yerişini yeriməyə çalışan ermənilər öz hazırkı vəziyyətlərini Azərbaycanla müqayisə edərək və geeidə qaldıqlarını görərək yığışıb tədbir töküb belə qərara gəlmişlər ki, Ermənistanı dünyada biabırçılıqdan qurtarmaq üçün formal da olsa Avropada əlaqələri olan bir prezidentə ehtiyacı var. Bu rola isə artıq taxtına köhnə prezident Serj Sarkisyanın kölgəsi düşən Armen Sarkisyanı məqsədəuyğun bilmişlər”.

Təzad ondadır ki…

N.Məmmədova onu da bildirib ki, Azərbaycanın hazırkı prezidentinin yenidən seçilərək qarşıdakı 7 ildə regionun lider dövlətinə başçılıq etmək şansının yüksək olduğunu düşünən ermənilər çoxdan bizə ayaq uydurmağa çalışırlar: "Azərbaycanın Britaniya ilə "Əsrin müqaviləsi" çərçivəsində enerji əməkdaşlığından irəli gələn ölkəmizə siyasi dəstəyinin artdığını, İngiltərədə dövlət içində dövlət olan BP-nin siyasi məsələlərdə də Azərbaycanın lobbiçiliyini yürütdüyünü görərək ermənilər Amulsar qızıl mədənlərində Britaniya kral ailəsinə də pay ayırmağa tələsdilər. Azəri, Çıraq, Günəşlidəki "qara qızıl"a Amulsardakı sarı qızılla cavab verməyə çalışaraq, Azərbaycanla bəhsə girərək Xəzər kürüsünə alternativ olmasa da, Göyçə gölü yaxınlığında və işğal olunmuş ərazilərimizdə Matagis vətəgələri yaradıb qara kürü istehsalına çalışdılar. Hətta bunun üçün isveçrəli saatsaz milyarder Sermakeşi də bu işə sərmayə yatırmağa təşviq etdilər. Lakin nəyə əl atdılarsa, atsınlar Azərbaycan öndədir. Biz Bakı-Qars sürət qatarına minib Çindən vurub Londondan çıxacağımız halda, onlar Rusiyaya belə çata bilmirlər, Gürcüstsnla sərhəddə Yuxarı Lars yolunda ilişib qalıblar. Naxçıvanın blokadasına, Qarabağın işğalına qarşılıq olaraq Ermənistan özlərinin dediyi kimi minillik yolların üstündə oturub həsədlə ətrafa boylanan kor bayquş kimi Bakı-Tbilisi-Qars qatarının dalınca baxmağa məcbur olublar. Çünki İlham Əliyev qətiyyətlə Ermənistanı Qədim İpək Yolunun dəmir magistrallar üzərindəki bərpası- Bakı-Qarsdan çox çox uzaqlara atıb. Təzad ondadır ki, Ermənistan Avropa Birliyi ilə tərəfdaşlıq sazişi bağlayıb, amma Avrasiyanın ən mühüm layihəsindən kənarda qalıb. Avropanin qapısını döyəndə Avropa Birliyi ona münaqişələrin ancaq ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü göstərən Bəyanatı onun üzünə çırpıb. Bunu Azərbaycan diplomatiyası bir liderin-dünyanın superdövlətinin nüfuzlu diplomatiya məktəbinin yetirməsi olan İlham Əliyevin sayəsində bacarıb. Milyardlarla dollar vəsaitə malik olan, nüfuzlu siyasi dairələrdə - Ağ Ev, Kapitoli, Yelisey sarayı, Kreml, bir sözlə, Şərqdə, Qərbdə, hər yerdə geniş əlaqələri olan erməni lobbisini və onlarla yaxın əlaqələri olan güc mərkəzlərini qarşısına alaraq bunu bacarıb. Dünya siyasətinin ən mürəkkəb istiqaməti enerji əməkdaşlığıdır. Dünyadakı bütün münaqişələrdə bunun təsirini görürük.

Gəminin kapitanını dəyişməzlər

Azərbaycan isə taleyin hökmü ilə müasir dünyada ən həssas xüsusiyyətləri özündə birləşdirir - enerji ölkəsi, müsəlman ölkəsi, kommunist formasiyasından çıxan ölkə, münaqişə tərəfi olan ölkə, türk və şiə mədəniyyətinin olduğu ölkə və s. Şimalı Rusiya, cənubu İran, bir tərəfi Mərkəzi Asiya çölləri olan, ərazisindən beynəlxalq magistrallar keçən ölkə. Sanki ətrafına bakir çəlləyi düzülüb və bir fitil kifayətdir ki, bu çəlləklər alovlana və bizə sıçraya. Sanki ölkə təlatümlü bir dənizdə yırğalanan gəmidir. Bir qisim sərnişin isə başqa bir sahilə qaçıb gəmidəkilərə deyir ki, nə durmusunuz, od vurun bu gəmiyə. Ya batarsınız, ya xilas olarsınız. Bizim olduğumuz "Avropa" gəmisindən sizə xilasedici jilet atacaqlar. Amma çalışın o vaxta kimi batmayın, salamat qalın. Ağıllı sərnisinlər nə etməlidir?! Gəmiyə od vurmalı, yoxsa təxribatçılara uymayıb kapitana dəstək olmalıdır?! Halbuki o təxribatçılar özləri siçovul kimi gəmini tərk edib qaçmışlar. Təlatümlü dənizdə, hazırkı mürəkkəb dünya siyasətində yırğalanan gəminin kapitanını dəyişməzlər”.


Ədil Ədilzadə