Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Yüksək etimadın bir addımlığında Adalet.az | Yüksək etimadın bir addımlığında Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Yüksək etimadın bir addımlığında

5404    |   2018-03-05 16:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib. Suriya, İraq, Yəməndə baş verən hadisələr fonunda dünyanın qarışıq bir vaxtında İlham Əliyev cənabları Azərbaycana prezident olmaq kimi məsuliyyətli yükü yenidən daşımaq niyyətindədir. 

Belə bir zaman bu ağır və məsuliyyətli yükü daşımaq şərəfli oldğu qədər də çətindir. Bu yolda Prezidentimizə can sağlığı və uğurlar arzulayıram. Aprelin 11-də keçiriləcək prezident seçkilərində biz yenidən onu dəstəkləmək istəyirk. Çünki ötən illər ərzində o, bütün sınaqlardan qalibiyyətlə çıxıb. O, gəncliyini müstəqil Azərbaycan dövlətinin qurulmasına, onun qüdrətli və ərazi bütövlüyünü təmin olunmasına həsr edib. Fevralın 8-də İlham Əliyev cənablarının Yeni Azərbaycan Partiyasının qurultayındakı çıxışı həm də seçki proqramıdır. Prezidetn həmin çıxışnda Azərbaycanın talyüklü məsələlərinə toxunub, görüləcək işlərdən danışıb. Həmin çıxşdan bəzi mqamları diqqətinizə çatdırmaq istərdim. Prezident ölkəmizdə sabitliyin vacibliyinin vurğulayara, xalqla iqtidar birliyindən danışıb: "Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır. Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir, bu gün var və gündən-günə güclənir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və o ölkədir ki, xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir. Çünki bizim siyasətimiz ictimaiyyət tərəfindən dəstəklənir və ictimaiyyət də görür ki, bizim siyasətimiz real, konkret nəticələrə gətirib çıxarır”. İlham Əliyev cənablar ərazi bütövlüyümüz məsələsi ilə bağlı çıxşında Azərbaycanın qəti mövqeyinin bir daha ortaya qoydu. O dedi:" İndi hamı bilir ki, Azərbaycan prinsipial mövqedədir, müstəqil siyasət aparır. O siyasət ki, Azərbaycan xalqının maraqlarını təmin edir, o siyasət ki, bir çox tərəfdaşlar üçün də əlavə imkanlar yaradır. Beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimizi uğurla davam etdirəcəyik. Bütün mötəbər beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi dəstəkləyir. BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı – bütün bu aparıcı təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul etmişlər. Beləliklə, münaqişənin həlli üçün siyasi əsaslar da qoyulub. Hüquqi əsaslar onsuz da var. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə bu qondarma qurumu tanımayıb və əminəm ki, heç vaxt tanımayacaq. Tarixi əsaslar da bizim mövqeyimizi gücləndirir. Çünki Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Beynəlxalq təşkilatların qərar və qətnamələri həm hüquqi, həm siyasi əsasları möhkəmləndirir. Münaqişənin həlli ilə bağlı bizim mövqeyimiz üstünlük təşkil edir, xüsusilə indiki şəraitdə. Dünyanın müxtəlif yerlərində, eyni zamanda, Avropada separatizm meyilləri artır. Avropa da görür ki, separatizm nə dərəcədə təhlükəli meyildir. Biz isə təcavüzkar separatizmlə üzləşmişik. Ona görə bütövlükdə münaqişələrlə bağlı dünyada gedən proseslər, yanaşma bizim mövqeyimizi daha da möhkəmləndirir”. Prezident Azərbaycanın strateji maraqları və hədəflərindən bəhs edərək, bildirdi: "Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”. Cənab prezident irəli sürüdüyü müddəalar istiqamətində ötən 15 ildə də fəaliyyət göstərib. 15 ildir o, Azərbaycan Respublikasına başçılıq edir. Bu müddət ərzində ölkəmizdəki inkişaf göz qabağındadır. Bakı yenidən qurulur. Uçuq-sökük evlər paytaxtımızda xeyli azlıb. Rayonlarda abadlıq işlər görülür. Yeni-yeni iş yerləri açılır. Bütün bunlar Azəırbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Bu və başqa bu kimim işlərinə görə biz yenidən onun prezident seçilməsini istəyir və dəstəkləyirik.


İradə Polad



İmza:

Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub

Vergi Məcəlləsinə son dəyişikliklərdə sahibkarlıq üçün bu güzəştlər nəzərdə tutulub - SİYAHI

Əli Həsənov: Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaq

Bakı metrosunda generator problemi həll edilir

Prezident Heydər Əliyevin məzarını ziyarət edib

Heydər Əliyevin vəfatından 15 il keçir

Cocuq Mərcanlının bərpası Azərbaycan xalqının əyilməz ruhunun göstəricisidir

Onu necə unutmaq olar?! - Ulu öndər Heydər Əliyevin anım gününə

Akademik: Heydər Əliyev dövrü Azərbaycanın çoxəsrlik tarixinin şərəfli bir mərhələsidir

Bayraq və Gerbi təhqir edənlərə bu CƏZALAR kəsiləcək

Ordumuz şərti düşmənə zərbələr endirdi

Qrantlara nəzarəti bu iki qurum həyata keçirəcək - MÜHÜM DƏYİŞİKLİK

SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK