adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Mart 2018 15:54
13139
ƏDƏBİYYAT
A- A+

Anarın yeni kitabı çap olundu

"AYBKitab” layihəsi çərçivəsində xalq yazıçısı Anarın "Səhra yuxuları" kitabı işıq üzü görüb.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, "Səhra yuxuları" pyesi Azərbaycan, rus və türk dillərində kitaba daxil edilib.

"Mütərcim” nəşriyyatında çap olunan kitaba ön sözü gənc yazıçı Pərvin yazıb. Anar "Səhra yuxuları" pyesini 1980-ci ildə qələmə alıb. 1981-ci ildə mərhum rejissor Vaqif İbrahimoğlu Akademik Milli Dram Teatrının səhnəsində əsərə quruluş verib.