adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
05 Mart 2018 15:15
15669
KRİMİNAL
A- A+

Azərbaycanda kriminal aləmdə tanınan 31 nəfər tutulub

Ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1028 cinayətkar qrup zərərsizləşdirilib, kriminal aləmdə tanınan 31 şəxs cinayət məsuliyyətinə cəlb olunub, polis əməkdaşlarına silahlı müqavimət göstərən 2 nəfər məhv edilib.

Bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. Bildirilib ki, hesabat dövründə müxtəlif cinayətlər törədən 13 min 822, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 2 min 454 şəxs məhkəmə məsuliyyətinə verilib.

Hesabat dövründə ölkə üzrə qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 332 fakt müəyyən edilib, həmin cinayətlərə görə 151 nəfər məsuliyyətə cəlb olunub. Əllərdə qanunsuz saxlanılan 839 odlu silah və 25 minə yaxın patron götürülüb.

Ötən il həyata keçirilən kompleks profilaktik tədbirlər nəticəsində cinayətlərin ümumi sayı 2016-cı illə müqayisədə 2.7 faiz azalıb. Prokorururluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalan cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri uğurla davam etdirilərək 418 cinayətin açılması təmin edilib.

Məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan 3415 nəfər (2016-cı ilə nisbətən 13 faiz çox) təqsirləndirilən şəxs tutulub. İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilən 76 nəfərin yeri müəyyən olunub. Bütövlükdə axtarış işinin göstəricisi 71.4 faiz təşkil edib.(azvision.az)