adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Mart 2018 15:08
21142
SAĞLAMLIQ
A- A+

Ağrılardan qurtulun















Akupresur, masaj növüdür və fəaliyyəti çox saylı elmi iş ilə təsdiqlənib. Refleks müalicə formasıdır və xüsusi tibbi məlumatlar tələb etmir. Akupresur nöqtələrinə necə masaj edirlər?



İlk olaraq rahat bir vəziyyət alın və sakitləşin. Masaj uzun vaxt çəkmir; təxmini 30 saniyə ilə 1 dəqiqə arasında davam edir. Bir nöqtəni yüngül pres və ya dairəvi hərəkətlərlə masaj edin. Ümumiyyətlə, baş ağrısı masaj zamanı 5-10 dəqiqə sonra itir.


Baş ağrısından xilas olmaq üçün 6 əsas nöqtə var:

YINTANG POINT


Üçüncü göz və ya Yintang’ın nöqtəsi burun körpüsünün alına birləşdiyi yerdə qaşların arasında yer alır. Bu nöqtə göz yorğunluğunun aradan qaldırılmasına kömək edir.

ZAN Zhu POINTS


Bu simmetrik nöqtələr, qaşların daxili kənarında yerləşir. Bu sahəyə edilən masaj burnu rahatlaşdırır və görmə itiliyini artırır. Dairəvi hərəkətlərlə 1 dəqiqə masaj edin.

YINGXIANG POINTS


Bu nöqtələr burun dəliklərinin iki yanında gözlərlə eyni xəttdə yerləşir. Onları tapmaq üçün, almacıq sümüklərinin alt hissəsindəki çuxuru hiss edin. Baş ağrısını və diş ağrısını azaltmağa və stressdən xilas olmağa kömək olur.

Tian Zhu POINTS


Nöqtələr başın arxasında, ortada, qulaq ilə onurğanın başlanğıcı arasında yerləşir. Bu nöqtələri masaj etmək, burun tıxanıqlığının, gözlərdə və qulaqlarda ağrı, şiddətli baş ağrısı və migreni yüngülləşdirməyə köməkçi olur.

Shua GU POINTS


Shuai gu nöqtələri, qulaq üstündə saç xəttinin başlanğıcından 2-3 sm uzaqlıqdadır. Bu nöqtəni tapmaq üçün kiçik bir çuxuru hiss edin. Bu bölgəyə tətbiq olunan təzyiq, temporal bölgədəki (Yaddaş, öyrənmə, romantik tarazlıq və ictimailəşmə mövzuları temporal bölgənin çalışması nəticəsində ortaya çıxan xüsusiyyətlərdir) ağrı və göz yorğunluğunu azaldır.

HE GU POINTS


Bu simmetrik nöqtələr baş barmaq və işarə barmağı arasındakı əlin arxasında tapılar. Bu bölgəyə tətbiq olunan təzyiq kürək ağrısı, diş ağrısı və boyun əzələlərindəki gərginliyi yüngülləşdirir.