adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Mart 2018 15:00
8865
GÜNDƏM
A- A+

Ön xətdə yerləşən bütün hərbi hissələr zirehli ambulanslarla təmin olunub

2017-ci ildə ölkənin müdafiəsinin təmin edilməsi üçün Azərbaycan ordusunun döyüşə hazırlıq və səfərbərlik hazırlığı sahəsində müvafiq tədbirlər görülüb, qoşunlar müasir döyüşün aparılması tələblərinə cavab verən silah, hərbi texnika və digər vasitələrlə hərtərəfli təmin olunub.

Bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd olunub. Hesabatda bildirilib ki, ön xətdə bütün istiqamətlə üzrə zəruri fortifikasiya və qazma işləri yerinə yetirilib, mühəndis-istehkam təminatı təkmilləşdirilərək mövqelər möhkəmləndirilib, yeni istehkam şəbəkələri, uzunmüddətli dəmir-beton atəş nötqələri tikilib, əlavə torpaq sipərləri, əlaqələndirmə xəndəkləri, qovşaqlar çəkilib, etibarlı sığınacaqlar, səngərlər və yeraltı əlaqə şəbəkələri hazırlanıb, hərbi hissələrin dislokasiya yerlərinə yolların, rabitə xətlərinin çəkilməsi və digər kommunikasiyaların tikiliməsi davam etdirilib.

Bundan əlavə qeyd edilib ki, ön xətdə yerləşən bütün hərbi hissələr zirehli ambulanslarla təmin edilib, zirehli nəqliyyat vasitələri bazasında sanitar maşınlar hazırlanıb.(azvision.az)