adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Mart 2018 14:48
23278
MARAQLI
A- A+

Tanrı varmı? - İnanmaq üçün səbəblər (2-ci hissə)

Əvvəli burada


3. "Təsadüf” dedikləri şey açıqlama üçün kifayət deyil.

Efes xarabalıqlarına, ya da Dolmabaxça sarayına baxdıqda bu əsərlərin təsadüfi yarandığını düşünürsünüzmü? Sərhədsiz zaman, külək və yağış yağsa belə təbiət bu əsərləri təsadüf nəticəsində əmələ gətirə bilməz. Biz bu əsərlərə baxdıqda istər-istəməz  onların planlaşdırılmış şəkildə və ustalıqla yaradıldığını düşünürük.

Astronom Fredrix Hoyl amino asit vitaminlərinin insan hüceyrələrində təsadüfən bir yerə yığıldığı iddiasının riyazi cəhətdən gülün olduğunu ortaya qoydu.

Kainatın və bizim həyatımızın qarmaqarışıqlığını düşünəndə ehtiyacımız olan hər şeyi yaradan sevgi dolu və ağıllı bir Yaradıcını qəbul etməyə məcbur oluruq. Müqəddəs kitab onu Tanrı deyə bizə təqdim edir.

 

4. İnsanlığın sahib olduğu səhv və doğru təbii hisslərinin bioloji izahı yoxdur. (vicdan)

Hamımızın içində dünyəvi bir doğru və yalnış hisslər var. Oğru belə kimsə ondan nəsə oğurladıqda özünün haqsızlığa uğradığını düşünür. Yaxud da ailəsinin əlindən güclə alınan və təcavüz edilən balaca qız uşağını görəndə ona qarşı bu əməli törədənlərə qarşı içimizdə bir nifrət, hirs oyanır. Yaxşı, bəs, içimizdəki bu ədalət duyğusunu hardan əldə elədik?

Cəsarət, kiminçünsə özünü fəda etmək, sevgi, mərhəmət, vəzifəyə sədaqət, bütün bu hisslər hardan qaynaqlanır? Əgər bütün insanlar bir-birindən  fiziki üstünlüklərinə görə fərqlənirsə, güclü olan həyatda qalırsa, bəs, yaxşı, niyə özümüzü başqasına görə əda edirik? Bunları bizə bəxş edən yalnız Yaradan ola bilər.

 

5. Tanrı özünü sadəcə, təbiətdə və insane həyatında göstərmədi. O, özünü həm də müqəddəs kitabda insanlara göstərdi.

Tanrının düşüncələri, xüsusiyyətləri və davranışları sadəcə, Tanrı onlara görünmək istəyərsə bilə bilərlər. Əgər Tanrı varlığını bizə göstərmək istəməsə hamımız itərik. Amma Tanrı onu tanımağımızı istəyir. Müqəddəs kitab (Zəbur) onun xarakterini və onunla əlaqə yaratmağımız üçün nə etməyimizi açıqlayır. Bu müqəddəs kitabın etibarlılığını artırır.

Arxeoloji kəşflər müqəddəs kitabın yanlışlığını yox, doğruluğunu sübut etməyə davam edir. Məsələn, 1993-ün avqust ayında Şimali İsraildə aparılan arxeoloji kəşf Məzmurların yazarı Kral Davudun varlığını sübut edib. Bu və digər kəşflər müqəddəs kitabın tarixinin dərin olduğunu sübut edir.

 

Müqəddəs kitab 1600 illik zaman ərzində 40 fərqli yazar tərəfindən üç qitədə (Asiya, Afrika və Avropa) qələmə alınıb. Buna rəğmən verdiyi mesajda şok edici bir tutarlılıq var. Müqəddəs kitab boyunca bircə mesaj verilir:

1. Tanrı bizim içində yaşadığımız dünyanı onunla bir əlaqəyə sahib olmağımız üçün yaratdı.

2. Tanrı bizi çox sevir.

3. Tanrı müqəddəsdir və bu səbəbdən günahkar insanlarla əlaqədə olmaz.

4. Tanrı günahlarımızın bağışlanması üçün bizə yollar göstərdi.

5. Ondan bağışlanmaq diləməyimizi vəonunla sonsuzadək davam edən bir əlaqəyə başlamağımızı istədi.

 

Müqəddəs kitab  Tanrının xarakterini göstərir.

 

Zəbur, Məzmur 145:

 

"Ey Tanrım, ey Kral, səni ucaldacağam, adını sonsuzadək böyük biləcəyəm. Səni hər gün tərifləyəcəyəm. RAB böyükdür, yalnız o tərifə layiqdir. Ağlasığmaz böyüklüyünə. Etdiklərin qurşaqdan qurşağa şükrlə yad ediləcək. Güclü işlərin hamıya çatdırılacaq. RAB lütfkardır, seviləndir. Bütün canlılar sənin varlığına tərfilər yağdırsın!”.

 

6. İsa Məsih Tanrının ən aydın rəsmidir.

Bəs, nə üçün İsa Məsih? Dünya dinlərinə baxanda Buddanı, Məhəmmədi, Konfutsini və Musanı görürük. Bu adamlar özlərini ya müəllim, ya da peyğəmbər kimi tanıdıblar. Bu adamlardan heç biri Tanrı olduğunu iddia eləməyib. İsa insanları təəccübləndirərək Tanrı olduğunu iddia eləmişdi. İsanı başqalarından fərqləndirən də elə budur. İsa deyirdi: Tanrı var və siz də ona baxırsınız. Atası haqqında danışmışdı, ancaq bu ayrılığa işarə etmirdi, bütün insanlıqdan fərqli olan birliyi ifadə edirdi. İsa "Məni görən məni göndərəni də görür, mənə inanan, ataya da inanır” demişdi.

Yuhanna 8/12. İsa yenə xalqa səslənib dedi: Mən dünyanın işığıyam, mənim arxamca gələnlər heç vaxt qaranlıqda qalmazlar, həyat verən işığa sahib çıxarlar.

İsa başqalarından fərqli olaraq insanların diqqətinin özünə cəmlənməyini istədi. "Mənim sözlərimi eşit, həqiqəti tapacaqsan” demədi. Yuhanna 14/6 – İsa ona "Yol, həqiqət və həyat mənəm, mənə inanmadan ataya heç kim çata bilməz” dedi.

İsa Məsih Tanrı olmaq iddiasını necə təsdiqləmişdi?

O, digər insanların edə bilməyəcəyi şeyləri elədi, yəni möcüzələr göstərdiş. Korların gözünə işıq verdi, hətta ölüləri belə diriltdi. Gölün üzərində gəzdi, tələbələri üçün fırtınanı dayandırdı. İnsanlar hər yerdə onu izləyirdilər. Çünki İsa onların ehtiyaclarını təmin elədi, möcüzələr göstərdi. İnsanlardan sözlərinə inanmasalar belə möcüzələrini inanmaqlarını istədi.

Ardı var...


Kampusweb.com saytından Azərbaycan dilinə çevirdi: Emin Akif