adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
05 Mart 2018 14:42
11422
SİYASƏT
A- A+

İlham Əliyev: Seçkilər xalqın iradəsini əks etdirəcək

Xəbər verdiyimiz kimi, bu gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov prezidentliyə namizədlik vəsiqəsini İlham Əliyevə təqdim edib.

Ölkə başçısı MSK sədri ilə görüşdə 11 aprel tarixində keçirilən növbədənkənar prezident seçkilərindən söz açıb.

Dövlət başçısı prezident seçkilərinin şəffaf, ədalətli, Azərbaycan Respublikasının qanunlarına tam uyğun şəkildə keçiriləcəyinə və bu seçkilərin Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib . Prezident, həmçinin Mərkəzi Seçki Komissiyasının işinə uğurlar arzulayıb.