Məni xəstə edən adamlar

OĞUZ AYVAZ
27555 | 2018-03-05 12:44

Həyatımızınən doğma adamları kimi hər dəfə qarşımıza çıxır. Küçədə, işdə, evdə, sosialşəbəkələrdə, internet klublarda və s. Söhbət şablon ifadələrdən, şablondüşüncəli adamlardan gedir.

Küçədə tanışqocayla rastlaşırsan. Hal-kef tutmağına kor peşmansan. Deyirsən ki, havalar sonvaxtlar yaman bozdu. Deyir, elə demə, Allaha ağır gedər. Başlayır, dindən,Allahdan dəm vurmağa. Quruyub qalırsan. Bir bəhanə gətirib, tələsirəm deyirsən.İki addım getməmiş dilənçi qarşında peyda olur. Soruşursan, nə olub, dərdinnədi? Deyir, Allah köməyiniz olsun, kömək edin. Deyirəm, niyə sənə köməketməliyəm? Tutuquşu kimi eyni sözləri təkrarlayır. Dilənçidən də fərqli bir sözeşidə bilmirəm.

Şablonifadələr getdikcə iliklərimə qədər işləyir. 

Eynən qarışqa sürüsü kimi üstüməhücum çəkirlər. Nə qədər üstümü təmizləsəm də parazit kimi yaxamdan yapışırlar.

Ədəbiyyatımızdada "N” qədər şablon mətnlər yazan, özünü ciddi sənət adamı hesab edən şairlər,yazarlar var. Bu adamcığazlar başa düşmürlər ki, onların istedadı başqayerdədir. Və ən faciəli tərəfi də heç nədən xəbərləri olmadanyaşamaqlarıdır. Bəlkə də ən çoxqorxduqları şey yeni bir söz yaratmaqdır. "Qoy mən yazdıqlarım, söyləməkistədiklərim ilk növbədə millətin xoşuna gəlsin” düşüncəsi onların əsasdevizidir. Məhz bu adamların missiyası budu. Şablonlarla toplumun sevgisiniqazanmaq. Eyni mövzular, təkrar sözlər, min dəfə eşitdiyimiz kəlmələr.

Feysbukda nəqədər istəsən şair var. 

Layklar çoxaldıqca özlərini şair zənn edirlər. Vətənə,millətə, bayrağa, ənənələrə pafoslu söz yığını yazır, bundan da xeyli məmnunqalırlar. Ondansa Nazim Hikmetdən, Əli Kərimdən, Mayakovskidən, Orhan Velidənşeirlər paylaş, bizdə əlimiz ürəyimizdə layklayaq səni. Ancaq bu dırnaq arasışairlərin eqoları, şablonları dağlar qədər böyük və ən uca zirvədədir. Bu zirvəfəth olunmamış zirvədi.

Cəmiyyətimizdəkişablonlardan qaçmaq istəmirlər, əksinə fərəh hissi keçirirlər.

Şablonadətlər, şablon ifadələr cəmiyyətimizin qoruyub saxladığı nemətlərdi. Bunemətlərə ziyan vurmaq, onları söymək ən əxlaqsız, ən ləyaqətsiz hərəkətdir.Yəqin ki, quldarlıq dövründə yaşasaydıq, çıxıb meydana "şablonlar məhv olsun” şüarıhayqırsaydım məni tonqalda yandırar ya da həşərat kimi əzərdilər.

Qonşumuzdasaçları tökülmüş uzundraz bir kişi var. 

Bu kişi ədəbiyyat sevən, kitab oxuyanadamlardandı. Bilirəm, indi təsəvvürünüzdə canlandı ki, nəhayət fərqli biradamdan söz açacam. Ancaq çifayda. Son vaxtlar bu çifayda sözündən çox istifadəedirəm. Nəysə…

Bu kişiylənə vaxt rastlaşıram bütləşdirdiyi şairlərdən nitq söyləyir, şeir deyir. SəmədVurğundan, Ramiz Rövşəndən, Sabirdən eyham vurur. Gəncləri də hər dəfə daşatutur: "Əşşi, bu cavanlar da lap ağını çıxardıblar. Saqqal uzadırlar, cırıqşalvar geyinirlər, qulaqlarına sırğa taxırlar, qızların əlindən telefon düşmür,kitab oxumurlar.”

Uzundrazqonşumuz bu sözləri məni hər görəndə bəhbəhlə deyir. Çənəsini işə salır, bir dəbaxıram axşam düşür. Əsəblərimi cilovlayıb işim var deyib aradan çıxıram. Əgərəsəblərim, səbrim daşsaydı o kişiylə çənə-çənəyə verib gecəyə qədərcəmiyyətdən, gənclərdən, ədəbiyyatdan danışardım. Ancaq bunu çox yaxşı bilirəmki, nə desəm, hansısa mövzunu təhlil eləməyə çalışsam, adam ağzımdan vuracaq.Deyəcək, kiri, sən cavansan, nə bilərsən dəyər nədir, söz nədir. Bax bizgəncləri də beləcə susdururlar.

Bir müddət,təxminən bir həftə psixoloji gərginliyim artmışdı. 

Belə ki, hər səhər yerimdənduranda şablon sözlərin, aforizmlərin, bütləşmiş şairlərin yosun formasında boynumadolandıqlarını hiss edirdim. Daha doğrusu görürdüm. Ev əhlini də təşvişə salmaqistəmirdim. Hava soyuq olanda boynuma şərf taxmırdım. Yosunlar günü-gündən oqədər çoxalırdılar ki, soyuğu hiss eləmirdim.

Bir neçəgündən sonra dözə bilməyib psixoloq yanına getdim. Bəxtimdən həkim dəsavadsızın biri çıxdı. O da şablon, kitab cümlələri üzümə oxudu. İstirahət elə,kitab oxuma, internetdən uzaq dur, idman elə.

Axşam evəgedəndə metronun güzgüsündə tamamilə yam-yaşıl rəngə çevrildiyimi gördüm.Yeriyən yosun, hərəkət edən şablon topası. Platformada vaqon gözləyən adamlarisə mənim yosuna çevrilməyimi görmürdülər. Bu kədərli mənzərə qarşısında acizqalmışdım.


TƏQVİM / ARXİV