Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Məni xəstə edən adamlar Adalet.az | Məni xəstə edən adamlar Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Məni xəstə edən adamlar

14378    |   2018-03-05 12:44
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Həyatımızın ən doğma adamları kimi hər dəfə qarşımıza çıxır. Küçədə, işdə, evdə, sosial şəbəkələrdə, internet klublarda və s. Söhbət şablon ifadələrdən, şablon düşüncəli adamlardan gedir.

Küçədə tanış qocayla rastlaşırsan. Hal-kef tutmağına kor peşmansan. Deyirsən ki, havalar son vaxtlar yaman bozdu. Deyir, elə demə, Allaha ağır gedər. Başlayır, dindən, Allahdan dəm vurmağa. Quruyub qalırsan. Bir bəhanə gətirib, tələsirəm deyirsən. İki addım getməmiş dilənçi qarşında peyda olur. Soruşursan, nə olub, dərdin nədi? Deyir, Allah köməyiniz olsun, kömək edin. Deyirəm, niyə sənə kömək etməliyəm? Tutuquşu kimi eyni sözləri təkrarlayır. Dilənçidən də fərqli bir söz eşidə bilmirəm.

Şablon ifadələr getdikcə iliklərimə qədər işləyir. 

Eynən qarışqa sürüsü kimi üstümə hücum çəkirlər. Nə qədər üstümü təmizləsəm də parazit kimi yaxamdan yapışırlar.

Ədəbiyyatımızda da "N” qədər şablon mətnlər yazan, özünü ciddi sənət adamı hesab edən şairlər, yazarlar var. Bu adamcığazlar başa düşmürlər ki, onların istedadı başqa yerdədir. Və ən faciəli tərəfi də heç nədən xəbərləri olmadan yaşamaqlarıdır. Bəlkə də ən çox qorxduqları şey yeni bir söz yaratmaqdır. "Qoy mən yazdıqlarım, söyləmək istədiklərim ilk növbədə millətin xoşuna gəlsin” düşüncəsi onların əsas devizidir. Məhz bu adamların missiyası budu. Şablonlarla toplumun sevgisini qazanmaq. Eyni mövzular, təkrar sözlər, min dəfə eşitdiyimiz kəlmələr.

Feysbukda nə qədər istəsən şair var. 

Layklar çoxaldıqca özlərini şair zənn edirlər. Vətənə, millətə, bayrağa, ənənələrə pafoslu söz yığını yazır, bundan da xeyli məmnun qalırlar. Ondansa Nazim Hikmetdən, Əli Kərimdən, Mayakovskidən, Orhan Velidən şeirlər paylaş, bizdə əlimiz ürəyimizdə layklayaq səni. Ancaq bu dırnaq arası şairlərin eqoları, şablonları dağlar qədər böyük və ən uca zirvədədir. Bu zirvə fəth olunmamış zirvədi.

Cəmiyyətimizdəki şablonlardan qaçmaq istəmirlər, əksinə fərəh hissi keçirirlər.

Şablon adətlər, şablon ifadələr cəmiyyətimizin qoruyub saxladığı nemətlərdi. Bu nemətlərə ziyan vurmaq, onları söymək ən əxlaqsız, ən ləyaqətsiz hərəkətdir. Yəqin ki, quldarlıq dövründə yaşasaydıq, çıxıb meydana "şablonlar məhv olsun” şüarı hayqırsaydım məni tonqalda yandırar ya da həşərat kimi əzərdilər.

Qonşumuzda saçları tökülmüş uzundraz bir kişi var. 

Bu kişi ədəbiyyat sevən, kitab oxuyan adamlardandı. Bilirəm, indi təsəvvürünüzdə canlandı ki, nəhayət fərqli bir adamdan söz açacam. Ancaq çifayda. Son vaxtlar bu çifayda sözündən çox istifadə edirəm. Nəysə…

Bu kişiylə nə vaxt rastlaşıram bütləşdirdiyi şairlərdən nitq söyləyir, şeir deyir. Səməd Vurğundan, Ramiz Rövşəndən, Sabirdən eyham vurur. Gəncləri də hər dəfə daşa tutur: "Əşşi, bu cavanlar da lap ağını çıxardıblar. Saqqal uzadırlar, cırıq şalvar geyinirlər, qulaqlarına sırğa taxırlar, qızların əlindən telefon düşmür, kitab oxumurlar.”

Uzundraz qonşumuz bu sözləri məni hər görəndə bəhbəhlə deyir. Çənəsini işə salır, bir də baxıram axşam düşür. Əsəblərimi cilovlayıb işim var deyib aradan çıxıram. Əgər əsəblərim, səbrim daşsaydı o kişiylə çənə-çənəyə verib gecəyə qədər cəmiyyətdən, gənclərdən, ədəbiyyatdan danışardım. Ancaq bunu çox yaxşı bilirəm ki, nə desəm, hansısa mövzunu təhlil eləməyə çalışsam, adam ağzımdan vuracaq. Deyəcək, kiri, sən cavansan, nə bilərsən dəyər nədir, söz nədir. Bax biz gəncləri də beləcə susdururlar.

Bir müddət, təxminən bir həftə psixoloji gərginliyim artmışdı. 

Belə ki, hər səhər yerimdən duranda şablon sözlərin, aforizmlərin, bütləşmiş şairlərin yosun formasında boynuma dolandıqlarını hiss edirdim. Daha doğrusu görürdüm. Ev əhlini də təşvişə salmaq istəmirdim. Hava soyuq olanda boynuma şərf taxmırdım. Yosunlar günü-gündən o qədər çoxalırdılar ki, soyuğu hiss eləmirdim.

Bir neçə gündən sonra dözə bilməyib psixoloq yanına getdim. Bəxtimdən həkim də savadsızın biri çıxdı. O da şablon, kitab cümlələri üzümə oxudu. İstirahət elə, kitab oxuma, internetdən uzaq dur, idman elə.

Axşam evə gedəndə metronun güzgüsündə tamamilə yam-yaşıl rəngə çevrildiyimi gördüm. Yeriyən yosun, hərəkət edən şablon topası. Platformada vaqon gözləyən adamlar isə mənim yosuna çevrilməyimi görmürdülər. Bu kədərli mənzərə qarşısında aciz qalmışdım.




İmza:Oğuz Ayvaz

YAZARIN ARXİVİ

2018-07-19 : Aciz yazıçılar
2017-10-16 : Anamın oxşarı
2017-10-03 : Mən heç kiməm
2017-06-19 : Atama məktub
2017-01-18 : Atama məktub
2016-10-03 : Eşq romanı
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK