adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Mart 2018 12:27
14628
DÜNYA
A- A+

Şərqi Qutada əməliyyatlar davam edəcək

Suriyanın prezidenti Bəşər Əsəd bəyan edib ki, BMT TŞ-sının qətnaməsinə baxmayaraq, hökumət qoşunları Dəməşq ətrafı, Şərqi Qutada hərbi əməliyyatlarını davam etdirəcək. Bu regionda humanitar vəziyyətin ağır olmasını nəzərə alaraq BMT TŞ-sı bütün ölkə ərazisində atəşkəs élan etmişdi. Buna baxmayaraq, ABŞ nəzarətində olan Şərqi Qutadakı müxalif qüvvələr Dəməşqin mərkəzini raket atəşinə tutmaqda davam edirdi. Qərb ölkələri Əsədin əməliyyatları davam etdirməsini "Zorakılıq kompaniyası” kimi qiymətləndirir.

ABŞ prezidenti Donald Tramp və Böyük Britaniya hökumətininbaşçısı Tereza Mey Şərqi Qutadakı müzakirə edərkən, belə qərara gəliblər ki, Rusiya Əsədi hərbi əməliyyatları dayandırmağa inandırmalıdı.

Əslində Türkiyənin uğurlu Arfin əməliyyatlarını durdurmaq üçün düşünülən bu "atəşkəs”in humanitar yardımla heç bir əlaqəsi yoxdu. Sadəcə ABŞ və Qərb ölkələri terrorçu YPQ, PKK yaraqlılarına silsh sursat çatdıra bilmirlər. Hərbi əməliyyatların müvəqqəti dayandırılmasına nail olmaqla onlar humanitar yardım adı ilə terrorçulara hərbi yardım etməyiə çalışacaqlar. Türkiyə tərəfi isə açıq bəyan edir ki, atəşkəsin terrorçularla mübarizəsinə heç bir aidiyyatı yoxdur və heç bir qüvvə, heç bir təzyiq türk ordusunu dayandıra bilməz.

Göründüyü kimi heç Əsəd də hərbi əməliyyatları dayandırmaq fikirində deyil. BMT isə növbəti dəfə faktiki olaraq icra olunmayan qətnaməsi ilə göstərir ki, əslində beynəlxalq deyil, ABŞ-ın və qərbin idarə etdiyi bir qurumdu.

Mehriban Cəfərova