adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
05 Mart 2018 12:24
10031
DÜNYA
A- A+

Berluskonin revanşı

İtaliyada eks baş nazir Berluskonin başçılıq etdiyi sağ qüvvələrdən ibarət koalisiya parlament seçkilərində liderlik edir. Bu barədə məlumat verən ”İnterfaks” bildirir ki, qalmaqallı siyasətçinin başçılıq etdiyi "İrəli İtaliya”, "Liqa” və "İtaliya qardaşlığı” pertiyalarından ibarət koalisiya yoxlanılan 21 faiz bülletenlərin nəticələrinə görə 37,17 faiz səslə liderlik edir.

Populist "Beş ulduz” partiyası 29,8 faiz səslə ikinci, hazırda hakimiyyətdə olan sol mərkəzçi Demoktat pariyası isə 25, 1 faiz səslə üçüncü yerdədi.

Bildirilir ki, Berluskoninin səs verdiyi seçki mıntəqəsində yenə də qalmaqal baş verib. Beləki Femenin aktivisti- bir qız yarımçılpaq vəziyyətdə seçki komisiyasının masasının üstünə çıxaraq " Berliskoni sənin vaxtın qurtarıb”- deyə səs-küy salıb. Aktivist qız polislərin müdaxiləsindən sonar məntəqədən çıxarılıb və eks baş nazir yalnız bundan sonar səs verib.

Xatırladırıq ki, 2013-cü il parlament seçkilərində də Berluskoninin səs verdiyi məntəqədə analoji hal yaçanmışdı. Onda da Femenin üç activist qızı ona hücum etmişdilər.