Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Baş Prokurorluq Sumqayıtdakı 6 nəfərin ölümü ilə bağlı məlumat yaydı Adalet.az | Baş Prokurorluq Sumqayıtdakı 6 nəfərin ölümü ilə bağlı məlumat yaydı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Baş Prokurorluq Sumqayıtdakı 6 nəfərin ölümü ilə bağlı məlumat yaydı

5477    |   2018-03-05 12:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sumqayıtda altı nəfər dəm qazı zəhərlənməsindən həlak olub.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, hadisə martın 4-də Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 18/11 ünvanında qeydə alınıb.

Sumqayıt Şəhər Prokurorluğuna daxil olan məlumat əsasında dərhal şəhər prokurorluğunun əməkdaşları və məhkəmə-tibb eskpertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib və altı meyit aşkarlanıb. Araşdırmalarla ölən şəxslərin həmin ünvanda yaşayan 1961-ci il təvəllüdlü Hüseynov Rafiq Kamal oğlu, 1965-ci il təvəllüdlü Hüseynova Yeganə Yolçu qızı, 1987-ci il təvəllüdlü Hüseynova Sara Rafiq qızı, 2009-cu il təvəllüdlü Abbasov Fərid Qüdrət oğlu, 2010-cu il təvəllüdlü Abbasova Zenfira Qüdrət qızı və 2012-ci il təvəllüdlü Abbasova Yeganə Qüdrət qızı olduqları müəyyənləşib.

Meyitlərin müayinəsi zamanı ilkin əlamətlərə görə onların dəm qazından zəhərlənərək ölmələri ehtimal olunduğundan faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub, istintaq aparılır.




İmza:
SON XƏBƏRLƏR
2018-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (50%)
"Neftçi" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK