adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Mart 2018 11:37
7925
GÜNDƏM
A- A+

Nəsimi Paşayev: Metroda problem tam aradan qaldırıldı

Bakıda metro stansiyalarında yaranan sıxlıq aradan qaldırılıb.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, interval saat 9:45-də bərpa olunub:

"Hazırda intervalda gecikmə yoxdur, stansiyalarda sərnişin sıxlığı aradan qaldırılıb".

Xatırladaq ki, bu gün səhər saat 08:15 radələrində metronun "Nəriman Nərimanov" stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən qatarların hərəkət intervalında gecikmə baş verib, nəticədə stansiyalarda sərnişin sıxlığı yaranıb.(trend)