adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Mart 2018 10:56
10874
MƏMLƏKƏT
A- A+

Deputat əlillərin problemlərini dinlədi

Milli Məclisin Əmək və Sosial-Siyasət Komitəsinin sədri Hadi Rəcəbli, Lənkəranda fiziki qüsurlu insanlarla görüşüb.


Görüşdə deputat prezident İlham Əliyevin son illər sosial islahatlarla bağlı verdiyi fərman və sərəncamlar, reallıqlar və perspektivlər barədə mühazirə söyləyib, sualları cavablandırıb və mövcud problemləri dinləyib.


Çıxış edənlərdən Əsgərov Faiq Cabbar oğlu, Həsənov Mail Abbas oğlu, Tağıyev Kərim Tağı oğlu, prezident İlham Əliyevin son illər əmək haqları ilə bağlı sərəncamlarını yüksək qiymətləndirib, bunun 10 % artımının Azərbaycan əhalisinin sosial müdafiəsinə 10 milyonlarla manat əlavə vəsaitin cəlb olunmasına gətirib çıxardığını vurğulayıblar.


Qeyd edilib ki, son illər 100-lərlə fiziki imkanları məhdud olan insanların pulsuz, hər bir şəraiti olan sanator-kurort mərkəzlərində öz sağlamlıqlarını bərpa edir.


Görüş iştirakçıları da öz növbələrində onlara göstərilən qayğıya görə ölkə başçısı İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.


Sonda iştirakçılar millət vəkili ilə xatirə şəkli çəkdiriblər.