İtaliya millisinin futbolçusu dünyasını dəyişib
İtaliya millisinin futbolçusu və "Fiorentina” komandasının kapitanı müdafiəçi Davide Astori 31 yaşında xəstəlikdən dünyasını dəyişib.
Adalet.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytında məlumat verilir.
Bildirilir ki, futbolçu Udinedə hoteldə vəfat edib. Astori yuxudan ayılmayıb. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi barədə məlumat verilmir.
Qeyd edək ki, Astori İtaliya yığmasında 14 oyun keçirib və bir qol vurub.
Karyerası ərzində o, "Roma”, "Kalyari”, "Kremoneze”, "Piççiqettone” və "Fiorentina” kimi klublarda çıxış edib.
Digər Xəbərlər
20 Aprel 2024 10:00
"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı
19 Aprel 2024 18:19FHN-in qurumları arasında tennis çempionatı yekunlaşdı
19 Aprel 2024 13:35“Onsuz da oyunları azı 3000 adam izləyir”
18 Aprel 2024 18:45“Qalatasaray” İkardinin alternativini Fransada tapıb
18 Aprel 2024 18:00