adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
05 Mart 2018 09:30
9126
MƏMLƏKƏT
A- A+

Bakı metrosunda nasazlıq: Qatarlar ləngidi

Bu gün səhər saatlarında metronun "Nəriman Nərimanov” stansiyasında problem yaranıb.

Bu barədə "Bakı Metropoliten” QSC-nin mətbuat xidmətinin rəisi Nəsimi Paşayev məlumat verib:

"Nəriman Nərimanov” stansiyasında işarəvermə avadanlığında baş vermiş texniki nasazlıq səbəbindən saat 08:15-dən etibarən qatarların hərəkət intervalında gecikmə baş verir. Nasazlığı aradan qaldırmağa çalışırıq. Yaranmış narahatlığa görə üzr istəyirik”.