adalet.az header logo
  • Bakı 17°C
03 Mart 2018 18:09
13150
DÜNYA
A- A+

Türk ordusunun 8 şəhid verdiyi döyüşün - Videosu

Təhlükəsizlik üzrə məşhur türkiyəli ekspert Abdullah Ağar dünən Afrində 8 türk əsgərinin şəhid olması ilə nəticələnən əməliyyatları şərh edib.

Ağar Afrində qatı duman olması səbəbindən terrorçuların aktivləşdiyini bildirib.

"Bu qatı duman hər tərəfi görünməz edib. Terror qrupları da bu fürsətdən istifadə edib tunellərdə əsgərlərimizə yaxınlaşdı. Qəhrəman komandanlardan birinin belə bir çağırışı var: Təyyarələr bizi vursun. Bizimlə bərabər terrorçular da ölsün. Düşünürəm ki, bu sözlər "Zeytun budağı” hərəkatının simvoluna çevrilməlidir”, - ekspert bildirib.

Qeyd edək ki, dünən Afrində Kəl Təpə adlanan istiqamətdə 100-dən çox YPG-çi tunellərdən qəfil türk hərbçilərinə qarşı hücuma keçib. Nəticədə yaşanan silahlı qarşıdurmada 8 türk əsgəri şəhid olub, 26-sı yaralanıb.

Terrorçulardan isə 23-ü məhv edilib, 2-si isə əsir alınıb.

***

Abdullah Ağar adıçəkilən döyüşün videosunu yayıb. Həmin görüntüləri təqdim edirik: