adalet.az header logo
  • Bakı 20°C
03 Mart 2018 17:48
14291
HADİSƏ
A- A+

Əyyub Kərimov dəfn olundu

Tanınmış jurnalist və hüquqşünas, "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimov bu gün dəfn edilib.

Jurnalist Qax şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Əyyub Zakir oğlu Kərimov 1958-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. 1985-1991-ci ildə BDU-nun hüquq fakültəsində təhsil alıb. 1992-ci ildə "Femida" qəzetini təsis edib.

Uzun illər peşəkar hüquqşünas kimi fəaliyyət göstərib. Mətbuat Şurasının təsisçilərindən olub və bir müddət MŞ-da hüquq şöbəsinin müdiri vəzifəsini daşıyıb.

Ə.Kərimov ötən gün paytaxtın Nərimanov rayonunda yerləşən mənzilində dəm qazından zəhərlənərək dünyasını dəyişib.(axar.az)