adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Mart 2018 15:49
9704
GÜNDƏM
A- A+

Qazaxıstan nüvə silahını qadağan edən müqaviləyə imza atdı

Qazaxıstan nüvə silahını qadağan edən müqaviləyə imza atıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyi bəyanat verib.

Müqaviləni Qazaxıstanın BMT yanında daimi nümayəndəsi Kayrat Umarov imzalayıb.

Bununla da Qazaxıstan bu müqaviləni imzalayan 57-ci ölkə olub.

Xatırladaq ki, Qazaxıstanın xarici işlər naziri Kayrat Abdurrahmanov Şimali Koreya dövlətini nüvə silahı olmadan da inkişaf edən Qazaxıstandan nümunə götürməyə dair çağırış etmişdi.