adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Mart 2018 11:45
12829
DÜNYA
A- A+

Afrində 2434 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 2434-ə çatıb.

Adalet.az-ın məlumatına görə, ötən sutka ərzində PYD, YPG və İŞİD terror təşkilatlarının 139 üzvü məhv edilib.

Əməliyyat çərçivəsində indiyədək 118 yaşayış məntəqəsi terrorçulardan azad edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.