adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
03 Mart 2018 11:30
13148
DÜNYA
A- A+

ABŞ-da fövqəladə vəziyyət elan olundu - ölənlər var

ABŞ-ın Merilend ştatında kəskin hava şəraiti və güclü küləklə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Bu haqda Adalet.az xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, Merilenddə, eləcə də qonşu Virginiya ştatında 3 nəfər həlak olub.

Bildirilir ki, ümumilikdə ABŞ-ın şərq sahilində 5 nəfər kəskin havanın qurbanı olub.

Virginiya ştatında fövqəladə vəziyyət ötən gündən elan olunub.

Paytaxt Vaşinqtonda isə dövlət idarələri və məktəblər işləyməyib. Ümumilikdə 700 min adam işıqsız qalıb.