adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Mart 2018 16:48
8642
HADİSƏ
A- A+

Bakıda baş redaktor dəm qazından öldü

Bakıda baş redaktor dəm qazından boğulub ölüb.

Trend-in məlumatına görə, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib. Jurnalist, "Femida 007" qəzetinin baş redaktoru Kərimov Əyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.

Ə.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.