adalet.az header logo
  • Bakı 21°C
02 Mart 2018 16:46
13721
DÜNYA
A- A+

Tramp qızı İvanka və kürəkənini Ağ Evdən uzaqlaşdırmaq istəyir

ABŞ Prezidenti Donald Tramp öz müşavirləri işləyən qızı İvanka Trampı və kürəkəni Cared Kuşneri Ağ Evdən uzaqlaşdırmağa çalışır.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın bir neçə nüfuzlu mətbuat orqanı yazır.

Qeyd olunur ki, D.Tramp onların Ağ Evdə işə başlamalarını səhv addım kimi dəyərləndirir.

Bir sıra mənbələrin məlumatına əsasən, ABŞ prezidentinin köməkçiləri də İ.Tramp və C.Kuşnerdən narazılığını bildirir.

Bundan əlavə, D.Tramp Kuşnerlər ailəsinə məxsus şirkət barədə başlayan istintaq araşdırmasının da administrasiyanın fəaliyyətinə xələl gətirdiyini deyib.