Əbülfət MƏDƏTOĞLU: OVQATIN İFADƏSİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
55431 | 2018-03-02 16:23

Heçyaxşı xəbər olmadı. Səhərin gözün açılar-açılmaz bütün informasiya şəbəkələri yaydıbu acı xəbəri. Və biz də ölkə paytaxtında baş vermiş faciənin təsiri altına düşdük.Təbii ki, üzülmək insana məxsus hissdi, amma həyat da davam edir. Bunu da insananlayır. Bu davam edən həyatda hər üz var - kədəri də, sevinci də, gecəsi də, gündüzüdə, işığı da, qaranlığı da. Yəni insanınfizioloji olaraq iki sifəti olduğu kimi, onun yaşadığı həyatın da iki sifəti var.Görünür, elə bunun özü də hardasa insanıistiqamətləndirən, yönəldən və bəlkə də elə yaşadan səbəblərdən biridir. Nə bilim...

Bufikir qəflətən gəldi ağlıma. Söz-sözü çəkdi və özüm də bilmədən ağlımdan gəlib keçdi.Elə ağlımdan keçənlərinişığında baxdım ətrafa. İstədim çevrəmdə olanların sifət cizgilərini bir-bir oxuyum.Gördüm ki, yox, bacarmayacam. Ona görə ki, bu cizgilər də ikilidi. Görünəni də var,alt qatda qalanı da, yəni görünməyəni də. Həttagörünməsinə rəng qatılanı da. Bu da "xüsusi" adamların qabiliyyətidi. Onlar mühitə, təbiətə, havaya, duruma uyğun olaraq sifətcizgiləri daşıyırlar. Ona görə də o cizgiləri oxumaq özü bir məktəb keçməyi tələbedir. Mənim də yaşım artıq məktəbli yaşını çoxdan geridə qoyubdu. Hətta geridə qoymasada, inanmıram ki, məni o məktəbə yaxın buraxsınlar. Axı, o məktəbə də təqdimat vəbir də dayaq duran lazımdı. Yəni sözümü deyəsi bir kimsə gəlmir ağlıma. Amma...

Ammabildiyim bir şey var. O da Tanrı yazısıdı. Allahın yazısını heç kim dəyişmək gücündədeyil. İstəyir səni qəbul edən olsun, istəyiretməyən. Bax, bu prizmadan baxanda əvvəldə vurğuladığım sifət cizgiləri mənim üçünbir az mənasını itirir. Və özüm-özümə təsəlli verirəm ki, bu dünyada hansı oyunu oynayırsan oyna, hansısifətdə olursan ol, onsuz da son məlumdu. Əgər son məlumdursa, onda heç burcutmağa da yer yoxdur.Çünki iki vur iki dörddü!

Hə,bu, bütün hallarda birmənalıdı. Mən elə bu yazını diktə edəndə də bunun şahidi oldum.Həyatın qarşıma çıxardığı hər nə varsa, hamısımənim haqq etdiklərimdi. Nəyə layiqəmsə, onunla qarşılaşacağam. Burdakı inciməyin, küsməyin heç bir yeri yoxdur. Axı,ağıl olan yerdə ağılsız hərəkət edib günahını başqasının ayağına yazmaq olmaz. Sadəcə,soyuq başla düşünmək gərəkdir. Bax, onda etdiyin səhvin günahkarını axtarmayacaqsan.Biləcəksən ki, günahkarözünsən. Elə mənim kimi. Çünki mən hamı üçün sadə, adi sıradan biri oldum. Ona görədə bütün yollar gəldi məndən keçdi - yaxşısıyla,pisiylə. Belə olan halda kimdəsə günah axtarmaq yenə vurğulayıram, öz günahkar olmanıarxa qata tullamaq, gözdən iraq tutmaq deməkdir. Elə bu məqamdaca vurğulamaq daistəyirəm. Hər şeyin hökmünü verən öz adil qərarıyla sağaldır bütün yaraları. Cismdə olmasa da, ruhdabu gerçəkləşir. Ona görə də:


Qaranlığı geyindim

Gecə köynəyi kimi...

Ruhumun sızıltısı-

Yara göynəyi kimi!..


Ürək yay tək gərildi

Qəm boyundan dərindi...

İstəmirsən sən indi-

Söylə, görməyi kimi?!


Yerin bir bölgəsində

Mən adlı köləsində...

Qoruyur kölgəsində-

Allah, gör nəyi,kimi!..


***

"Heç hənanınyeri deyil" ifadəsini yəqin eşitmisiniz. Əgər eşitməmisinzsə, eşidənlərdənonun mahiyyətini, hansı səbəbdən söylənildiyini soruşub öyrənmək imkanınız var.Vaxt tapanda, təbii ki, istəsəniz soruşarsınız, öyrənərsiniz. Amma mən həmin o ifadəninindiki məqamda lap yerinə düşdüyünün canlı şahidiyəm. Bilirsiniz niyə? Ona görəki, son vaxtlar daha çox günün, zamanın reallıqları ilə qarşılaşıram... daha tez-tezdünəndə, keçmişdə mənə qəribə gələn, mənə təsir edən, hətta məni ağrıdan hallarınaydınlaşması şərhi ilə üzləşirəm. Sanki kimsə bütün olmuşların araşdırmasıyla, təhqiqatıilə məşğul olub və indi bir-bir onların hamısını sərgiləyir gözümün qarşısında.Və mən də bir az heyrət, bir az maraq, bir az da keçmiş üzgünlüyün ovqatı içərisindəbütün bunları izləyirəm. Və içimdə Allahın böyüklüyünə şükürlər edə-edə düşünürəmki, nədən bütün bunlar olmalı idi? Və sonra da öz sualımın cavabını elə özüm dəağlımdan, ürəyimdən keçirirəm. Bunlar etdiyim səhvlərin və bir də mənə yazılmıştaleyin yazısıdı. Mən o səhvləri özüm etdim və o tale də mənim boyuma biçildi. Lakinburda bir nüans var. O da ayaqda qalmaqdı,sınmamaqdı. Bax, bu nöqtədə mənim güvəndiyim, pənahına sığındığım Allahım və Sən məni qorudunuz, daha doğrusu, mənə ümid verdiniz.Elə bil ki, əlimi möhkəm sıxıb "özünə qayıt!" dediniz. Mən də toparlanıbqayıtdım özümə. Düzdü, hərdən hissə qapılıb içimi də, içimdəkiləri də ağrıtdım. Bunu etiraf etməliyəm. Axı, birdən-birəhər şeyə "keçmiş olsun" demək olmur.... Və birdən-birə də dərdin, ağrınıniçindən silkələnib qalxmaq da mümkün deyil. Müdrik bir kəlamda deyildiyi kimi, zamanaehtiyac var. İndi o zamanın içindən keçib dünənə baxanda mən Allahıma da, Sənə dəolan minnətdarlığımın ölçüsünü göz önünə gətirə bilmirəm. Heç olçü vahidi ağlımada sığışmır...

Bir də ki, sözlə,qələmlə yoldaşlıq etmək, onun yanında və içində olmaq özü də hərdən adamın köməyinəçatır. Onu təklənməkdən, yıxılmaqdan qoruyur. Mən də sözə könül verdiyimdən söykəndiyimqələm dadıma yetib. Hətta etiraflarımı da, ağrılarımı da söyləmişəm qələmə. O damisralara çevirib onu. O misralar da bir məlhəm kimi ovudub, oxşayıb ruhumu.


Biz günəşli günlərin

Yağışına düşmüşük...

Çiçəklərin, güllərin

Ağuşuna düşmüşük-

Üst-başımız şehlidi...


Bir ömürdü, bir sevgi

Tanrıdan möhlətimiz...

Düşündüyünü de ki,

Sözümüz, söhbətimiz-

Bir azacıq mehlidi!..


Haqdan gəlib haqqpayı

Bir məhəbbət sirrolub...

Varmı onun heç tayı

İki ürək bir olub-

Bir-birinə behlidi!..


Yəqin ki, bu misralarınovqatı sizə nələrisə dedi, nələrisə anlatdı və mənimlə razılaşdınız ki, Haqdan gələnigeri qaytarmaq və ya yolunu bağlamaq yalnız haqqın öz əlindədi. Bu fikir təkrarolsa da, amma gerçəkdi. Bunu yaşamış və şahidi olmuş bir Tanrı bəndəsi kimi deyirəm.Yəqin ki, sizin də həyatınızda, yaşamınızda bu dediklərim özünü müəyyən formalardabüruzə verib. Sadəcə siz özünüz-özünüzə pıçıldamısınız mənim yazdıqlarımı. Mən isəhamı üçün pıçıldayıram...

***

Gecənin tən yarısıolmasına baxmayaraq, yuxum ərşə çəkilir. Və mən ərşə çəkilən yuxunun içərisindəişıqlı nəsə axtarıram. Amma neyləyim ki, bu gecə göy üzü də o qədər qaranlıqdırki, heç ulduzların izi də görünmür. Ay çoxdan bulud arxasında qalıb. Əsl zülmətdi.Bu zülmət qaranlıqda əlimdəki qələmə baxıb öz-özümə qəribə sözləri kağıza yazmağa,kağıza söyləməyə cəhd edirəm. Xüsusilə otaqdaişığı da söndürüb bayırdakı qaranlığı otağa köçürmək və sonra bu qaranlığın içərisindəözüm də işıq kimi qaralmaq niyyətinə düşürəm. Bu sizə dəlilik əlaməti kimi görünməsin. Sadəcə, mən belə etməklə ağlıma dolan həmin opərakəndə fikirlərdən qurtulmaq istəyirəm. Elə bilirəm ki, bu zülmət qaranlıq bəlkəməni fikirlərdən uzaq tutdu. Fikirləşmək istəyi bir anlıq da olsa dondu, sükutaqərq oldu. Sən demə, bu mümkün deyilmiş.Qaranlıqda adam daha aydın düşünürmüş. Bu aydınlığın başqalarına nə vercəyini, nəbağışlayacağını deyə bilməsəm də, amma mən doğrudan-doğruya bayırdakı qaranlığıda içərisinə daşıdığım bu qaranlıq otaqda anladım ki, mənim həyatım, mənim ömrümbəlkə də milyonların ömründən, həyatından işıqlıdı. Çünki bu ömrün, bu həyatın güvənciTanrı və Sənsən! Onda mənim misralarımdakıovqatın müəyyən çalarlarını anlamaq və ona sözün və bir də sözün doğulduğu məqamınovqatından baxmaq lazımdı. Əgər bu prizmadanyanaşsanız onda:


İllərin arxasındakı

Zamanın boyun sevirəm...

Boğulduğum bax, buanda -

Samanın boyun sevirəm...


Nə qalıb ki, nə götürəm

Üzü aşağı gedirəm...

Tay daley, daleyetmirəm -

Aman, amanı sevirəm...


Ömrümə hopdurdunanı

And yerim olan yarcanı...

Qurban verib yaracanın -

Dinin, imanın sevirəm...


Mən də bir biçənəkseçib

Hər gün ot, ələfinbiçib...

Ümidin əridib içib -

İnci gümanın sevirəm...


Gördünüzmü, hər anda,hər məqamda sevgi tapmaq mümkündü, boğulanın saman çöpünü sevdiyi kimi!...

Gülməli gəlməsinsizə. İynə ucu boyda qığılcım da alova çevrilə bilir! Bunlar möcüzə sayılsa da,amma gerçəklikdi. Və mən də içində olduğum gerçəkliyin hər anını, hər məqamını sevə-sevə,duya-duya, yana-yana, necə deyərlər, canıma, qanıma hopdura-hopdura yaşamağa çalışıram.Çünki:


Heyrətləndirir məni

Qədərimin naxışı...

Kipriklər su səpəni

Kədər isə yağışı-

Bu ömrün!


Vağarmış çəməni

Axtar, tapsan dərçiçək...

Dibçək gülü, səməni

Çiçəyidi, tər çiçək-

Bu ömrün!


Küləklərin əlini

Tellərində daraqla...

Duymasan mən dəlini

Mənasını varaqla-

Bu ömrün!


***

Yazımın əvvəlinəqayıdıram. Çünki günün ovqatı ordan başlamışdı. Sonu da hələ ki, onunla davam edir.Bütün sonların aydınlığa qovuşması hər kəsin,diləyidi, arzusudu. Mən də bu aydınlıq arzusuyla günümüzün xoş ovqatla bitəcəyinəinanıb elə hardasa özümün özümə duam olan misralarımla yazıma nöqtə qoymaq istəyirəm.O misraları yəqin ki, bəyənəcəksiniz. Axı, duanın pisi olmur.


Otağıma təbəssüm

Çilə işıq əvəzi!

Dodağıma od salsın-

Sən mələyin nəfəsi...


Yatağıma qor səpki,

Kipriklərim düyülsün...

Qucaqladığım balış-

Göz yaşımla döyülsün!..


Yanağıma toxundur

Məst olsun qoy tellərin...

Duasını oxutdur-

Sevgimizə ellərin!..


Bəli, bu da sizəmənim bağışladığım bir ovqat. Ovqatınız xoş olsun!..


TƏQVİM / ARXİV