adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Mart 2018 11:05
386640
GÜNDƏM
A- A+

NİCAT NOVRUZOĞLU: İNSANLARIN HEYSİYYATI İLƏ OYNAMAYIN

Adamlar çox kövrək olur. Xırda bir hadisədən də təsirlənirlər. Xüsusilə də söhbət Qarabağdan gedirsə.

Saytların birində belə bir manşertlə bir məlumat gedib: «Qarabağ  müharibəsinin dəqiq vaxtı bilindi».

Başqa saytlar da və digər mətbu orqanlar da bu məlumatı tirajlayır. Açıb oxuyursan, çürük bir fındıq. Amerikanın səfiri  deyib ki, Ermənistanda, Rusiyada və Azərbaycanda seçkilər bitdikdən sonra  Qarabağ müharibəsinin yenidən alovlanma ehtimalı var. Və daha  sonra da qeyd edir ki, danışıqlar da davam edə bilər və yəqin ki edəcək də.

Dostlar, dəqiq  vaxtın  dəqiq  vaxtı olur; filan  ayın filan günündə, bəhmən ayın bəhmən günündə. Hanı burda dəqiq  vaxt,  göstərə bilərsiniz? On-on beş nəfər oxucu üçün insanların heysiyyatı ilə niyə oynayırsız?

Hörmətli oxucular, siz  də hər başlığa  inanmayın.  Və ümumiyyətlə, hər yazılana  inanmayın.