adalet.az header logo
  • Bakı 20°C
02 Mart 2018 14:45
14439
ŞOU-BİZNES
A- A+

Bəstəkar Tahir Əkbərin vəziyyəti ağırlaşıb

Tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin vəziyyəti ağırlaşıb.

Adalet.az xəbər verir ki, bu barədə ölkə.az-a bəstəkarın ailə dostu, şairə Zenfira Əlişqızı məlumat verib. Onun sözlərinə görə, artıq həkimlər də heç bir müdaxilə edə bilməyəcəklərini söyləyiblər:

"İnsultdan sonra nitqi itmişdi. Bədəni soyuyur. İyirmi gün bundan öncə həkimlər bildirdilər ki, heç bir zəmanət vermirik. Bundan sonra neçə gün yaşayacağı Allahın əlindədir. Artıq Bəstəkarlar İttifaqının və Mədəniyyət və Turizm Nazirliyinin də xəbəri var"