adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Mart 2018 11:00
18412
ƏDƏBİYYAT
A- A+

HƏRŞEY ZAMAN İÇİNDƏ

Roman

Tanınmış yazıçı Vaqif Aslanın "Görkəmli adamların həyatı” seriyasından buraxılmış "Hər şey zaman içində” romanı dünya şöhrətli Azərbaycan riyaziyyatçısı Məcid Lətif oğlu Rəsulovun həyatı və yaradıcılığından bəhs edir. Adalet.az həmin romandan bəzi parçaları öz oxucularına təqdim edir.


əvvəli burada



Namiq-kamalın dediklərindən

XIV

Əmimə ilk kitabına görə 4.500 manat vermişdilər. Üstünə 1.000 manat da qoyub "M-21” –"Volqa” maşın almışdı. Şəkiyə gəlmişdi. Maşının başına yığışıb atılıb düşürdük. Əmim maşını dala verməli olmuşdu. Mehribanlıqla əlini çiynimə qoyub dedi:

-Namiq, əmi gözünü yisin, divara dəyəndə deyərsən.

Dedim: "Baş üstə!”

Əmim maşını dalı-dalı verməyə başladı. Mən də: -Bir az da, bir az da!- deyə ucadan səslənirdim. Axır ki, maşın divara dəydi. Hündürdən qışqırdım: "Əmi, saxla, maşın divara dəydi!”

Əmim maşından düşdü. Gördü ki, maşın doğrudan da divara dəyib. Əmim özündən çıxdı:

- Düdük, sənə demədim ki, divara dəyəndə deyərsən?

Ağlamsına-ağlamsına cavab verdim: "Dedim də, ay əmi, divara dəyən kimi dedim!”

Ağlamsındığımı görən əmim yumşaldı, başımı sığallaya- sığallaya dedi:

-Ağlama, görüm! Cəhənnəmə olsun maşın da, zad da!

***

Tələbə ikən yataqxanada qalırdım. Bir dəfə pulum tərtəmiz qurtardı. Otaq yoldaşlarımın da pulu yox idi. Hansı dostumdan borc istədimsə, üzürxahlıq elədi. Əlacım üzüldü. Əmimin yanına getdim. Əsas binanın giriş qapısındakı pilləkənlərdə qabaq-qabağa çıxdıq. Görüşdük. Özünəməxsus şəkildə soruşdu: "Nə istəyirsən?”

Sıxıla-sıxıla dedim: "Pul lazımdır.”

-Nə qədər?

-25 manat.

Elə o dəmdə akademik Faiq Bağırzadənin xidməti maşını gəlib düz yanımızda dayandı. Faiq müəllim cəld bir hərəkətlə maşından düşüb əmimə tərəf gələndə o, portmanatını cibindən çıxarıb mənə uzatdı:

-Oradan götür!

Portmanat götürüb açdım: orada təkcə bir 25-lik var idi. Onu götürüb portmanatı əmimə qaytardım.

Sən demə, evə gedəndə əmim çörək almaq istəyib, portmanatını boş görüb. Satıcı qadın onu tanıdığından bu işi yola verib. Görüşəndə barmağını silkələyib dedi:

- Ay qırışmal, heylə də olur?

Cavab vermədim. Günahkarcasına başımı aşağı saldım. Mənim pərt olduğumu görən kimi yaxınlaşıb mənibağrına basdı.

***

Əmimgildə idim. Qumru xanım işdə idi. Adi vaxtlara nisbətən bir qədər gec gəldi. Əmim soruşdu:

-A Qumru nə gec gəldin?

Qumru xanım özünəxas bir əda ilə cavab verdi:

-Səmədin Dürrəsi ilə qarşılaşdım.

-Nə dedi?

-Dedi ki, Səmədi Səməd edən mən olmuşam.

-Niyə demədin ki, evdəkini də Səməd edəydin.

***

Bir gün necə oldusa, əmimin kafedrasına girdim. Gördüm ki, kafedranın əməkdaşları divara yapışıb qalıblar. Hamısının da rəngi ağarıb. Əmim hirsli-hirsli ortada var-gəl edirdi. Gedib düz əmimin qabağında dayandım. Sadəlövh bir ərk ilə hündürdən soruşdum:

-Əmi, niyə hirslənmisən?

Əmim qəzəblə və hədələyici bir şəkildə, əllərini silkələyə-silkələyə dedi:

-Niyə hirslənməyim? Niyə hirslənməyim? Sənin kimi qardaşım oğlu var!

Ağlıma korluq vermədən o dəqiqə cavab verdim:

-Adam var ki, heç o da yoxdur!

Əmim güldü. Kafedranın bütün divarları da güldü. Elə yumşaldı ki, sanki bayaqkı o hirsli adam heç o deyilmiş deyərdin. Yenə məni qucaqladı. Yenə hər

şey yoluna düşdü.

Məcid Rəsulov yetirmələri və "Riyazi fizika tənlikləri” kafedrasının əməkdaşları arasında.

Birinci sırada solda:1.Ofeliya. 2.Məcid Rəsulov. 3.Gülzar Vahabzadə. 4. Nailə xanım.

İkinci sırada solda:1.Qurban Bağırov. 2.Yusif Məmmədov. 3.Ədalət Babayev. 4.Gülbahar xanım.

Üçüncü sırada solda: 1.Abdel-el Kadi.(Səudiyyə Ərəbistanından). 2.Zakir Xankişiyev. 3.Q. Cəlilov.

Əmimin özü də zarafatcıl idi. Özünün dediyinə görə, bir dəfə Moskvada metroda gedirmiş. Yanında da meşin yubkalı yaşlı bir qadın əyləşibmiş. Qucağında da nəvəsi varmış. Qatarın tərpənməyi ilə qıçında qəribə bir istilik hiss etməsi bir olubmuş. Özündən asılı olmadan cəld ayağa qalxıbmış.

Nənə meşin yubkadan axıb əmimin şalvarını isladan suya görə üzr istəməyə başladıqda əmim deyir: