adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Ana dilinə hörmətsizlik

10460 | 2018-03-02 13:09
Dünən Nizami küçəsi 85 də yerləşən Central Baku restoranında əyləşib çay içmək istəyirdik. İstəməz olaydıq...
Ədəblə qarşıladılayıb əyləşmək istədiyimiz yerə qədər bizi ötürdülər. Ötürməz olaydılar...
Vaxtımız az olduğundan işıq surəti ilə müenyunu istədik. Menyunu nazlana-nazlana bir xanım gətirib gülümsədi. Gülüşü fevral günəşindən fərqlənmirdi. Menyunu açsaqda, gəl sözləri açamaq olmurdu.

Hıqına- Hıqına oxuduq. Menyuda ilk oxuduğumuz bu oldu ki, Azərbaycan xalqı ikinci dərəcəli xalqdı öz vətənənində olsa belə, ol səbəbdən də biz sizin Dilinizi ikinci dərəcəli dil kimi verirk. Biz sizin konstutsiyanızı vecimizə almırıq qaldı ki ondan törəyən qanunlara qapımızdan içəri buraxmırıq. Sizdə gəlin səsiz ikinci dərəcəli xalq kimi menyuda ikinci dili seçib sifarişinizi verib çibiniz qədər zəhərlənib sonra da rədd olun.
Bizdə kirmişcə cibimizi özümüzlə götürüb sonra ayağa durub Etiraz edirik bu nə hörmətsizlikdi edirsiniz dedik. Menyunu gətiriən xanım yaxşı eləyirik dedi. Bizdə qapını açıb yaxşı eləyirsiniz amma düz eləmirsiniz deyib, restoranı tərk elədik.
O veclərinə almadıqları Konstitusiyamız və odan törəyən qanunlarsa aşağıdadı. Deyirəm gör sən nə olasan ki, bu qədər gözəllikləri qışın oğlan çağında qapı arxasında saxlayasan. Heç insafdandı...

Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir.

Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır.

Azərbaycan Respublikasında dövlət dili haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

II fəsil

DÖVLƏT DİLİNİN İŞLƏNMƏSİ, QORUNMASI VƏ İNKİŞAFI

Maddə 7. Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi

7.1. Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.[2]

7.1-1. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır. Mətndə digər dillərdə ifadə olunan əmtəə nişanı və coğrafi göstərici müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə alındığı formada göstərilməlidir.[3]

7.2. Azərbaycan Respublikasının ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir.


TƏQVİM / ARXİV