adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
02 Mart 2018 13:04
9627
İDMAN
A- A+

Messidən növbəti rekord

İspaniya La Liqasının 26-cı turunda "Las Palmas"a qarşı matç (1:1) "Barselona"nın hücumçusu Lionel Messi üçün əlamətdar olub.

Adalet.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, komandasının yeganə qolunun müəllifi olan argentinalı oyunçu bununla da qol sevinci yaşadığı stadionların sayını 36-ya çatdırıb. Beləliklə, o, özünəməxsus rekordu yeniləyib.

Qeyd edək ki, bu göstəricidə ikinci pillədə "Real"ın sabiq hücumçusu Raul Qonzales (33 stadion) qərarlaşıb.