adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Mart 2018 12:51
7754
HADİSƏ
A- A+

Bakıda avtobus piyadanı vuraraq öldürüb

Bakıda avtobus piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, martın 1-də saat 10 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Qasım Abdullayev idarə etdiyi "Iveco” markalı avtobusla yolu keçən paytaxt sakini Həqiqət Bayramovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.