adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Mart 2018 11:32
13880
DÜNYA
A- A+

Putin bütün dünyanı hədələyir

Rusiya prezidenti Vladimir Putin ötən gün yeni strateji silahlar hazırlığında "böyük -sürətli addım” atıldığını bəyan edərək, bildirdi ki, bu salahların əksəriyyəti ABŞ və Qərbin bütün dövlətlərinin müdafiə sistemlərini keçmək qabiliyyətindədi.

Federal yığıncağa müraciətində Rusiya prezidenti xüsusi vurğulayıb ki, yeni strateji silahlar, qeyri ballistik uçuş hərəkətinə malik olduğu üçün raket əleyhinə sistemlərin onları müyyənləşdirməsi qeyri mümkündür. "Biz maniəni dəf etmək üçün qeyri ballistik trayektoriyaynan uçan raketlər hazırladıq , hazırki raket əleyhinə sistemlərin onlarla mübarizə aparması mümkün deyil”-deyə bildirən Vladimir Putin daha sonra qeyd edib ki, " ABŞ birtərəfli qaydada RƏM-ə müqaviləsindən çıxdıqdan sonra, biz bu illər ərzində yeni strateji silahların hazırlığına başladıq və sürətlə istəyimizə nail olduq”.

Rusiya prezidenti həmçinin qipersəsli silaha malik olduqlarını bildirib. Bundan başqa artıq qanadlı raketlərə yerləşdirilə biləcək kiçik qabaritli – yüksək dağıdıcı gücə malik nüvə enerjisi ilə təhciz olunmuş, praktiki olaraq havadan müdafiə və raket əleyhinə müdafiə sistemlərini keçə bilən, məsafəsiz uçmaq qabiliyyətinə malik silah da hazırlanıb.

" Pusiyanın bütün sərhəd perimetrləri boyu radiplakasiya sistemləri tamamilə bərpa olunub və yenilənib. SSRİ dağıldıqdan sonra bəzi yerlərdə paket hücumlarının qarşısının alınması üçün boşluqlar yaranmışdı. Artıq ölkəmiz üçün təhlükə yarada biləcək boşluqlar yoxdur. Bütün sistemlər tamamiləı bərpa olunub” - deyən Rusiya prezidenti Suriya əməliyyatlarındakı uğurların Rusiya Fedarasiyası Hərbi qüvvələrinin gücünün nücə artdığının göstəricisi olduğunu vurğulayıb.

Prezident RF-sı həbi qüvvələrinə 300 nümunədə hərbi texnikanın, 80 yeni kontinental ballistik raketin, sualtı gəmilər və üç strateji raket daşıyan kreyser üçün 102 ballistik raketin verilməsini, 12 raket polkunun yeni "Yars” kompleksləri ilə təhciz olunmasını da bildirib. Yeni silahların hazırlanmasını bəyan edən Vladimir Putin Qərbi xəbərdar edir ki, beynəlxalq strateji balansın pozulmasi nələrə gətirib çıxara bilər və onları bu xəbərdarlıqdan nəticə çıxarmağa, tərəfdaşları danışıqlara başlamağa çağırib.

Rusiya prezidentinin bu bəyənatı ABŞ-ı və Qərb dövlətlərini yenidən silkələyib. Hələ ki, şok-terapeya keçirən Qərb bu bəyanata reaksiya verə bilmir. ABŞ-ın Cavabı isə gücikməyib. Pentaqonun mətbuat katibi Dena Uayt bildirib ki, RF-sı prezidentinin yeni silahlarla bağlı bəyənatı bizi şaşırtmadı. Bu məsələni o qədər də şişirtmək lazım deyil. " Amerika xalqı bilməlidir ki, ABŞ bu məsələrə qarşı tam hazırdı” General-leyteneant Kennet Makkendi isə bildirib ki, sözü gedən strateji silahların hazırlığına çoxdan başlanılıb və ABŞ-ın bundan xəbəri var. Nüvə silahlarının müqayisəsi zamanı bunlar nəzərə alınıb.

Mehriban Cəfərova