adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Mart 2018 09:48
10817
HADİSƏ
A- A+

Respublika Narkoloji Mərkəzində yanğın söndürülüb - YENİLƏNİB-6

Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğın söndürülüb.

Bu barədə FHN məlumat yayıb. ​

***

08.52

Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğınsöndürmə işləri davam edir.

Adalet.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, saat 08:18-də yanğın məhdudlaşdırılıb. Yanğının yayılma təhlükəsi yoxdur. Əlavə məlumat veriləcək.

***

08.33

Respublika Narkoloji Dispanserinin yanan 2-ci korpusundan 1 nəfərin meyiti çıxarılıb.APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğın baş verən binada pasiyentlərin qaldığı ehtimal edilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***** 08.21

Respublika Narkoloji Dispanserində yanğın zamanı 30-dan artıq pasiyent təxliyə olunub. Bu barədəAPA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Həmçinin bildirilib ki, yanğın zamanı xəsarət almış şəxslərdən üçü xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, hadisə yerinə 10-dək təcili tibbi yardım briqadası cəlb edilib.

Hazırda yanğın zamanı ölənlərin olması dəqiqləşdirilir.

**** 07.43

Hadisə yerinə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayorFüzuliƏsədov gəlib.APA-nın xəbərinə görə,hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

****07.29

Yanğın xəstəxananındaimi yataq xəstələrinin müalicə aldığı2-ci şöbəsində baş verib.APA-nın xəbərinə görə, pasiyentlərin əksəriyyətiyanan binadan təxliyə olunub. Yanğın güclü olduğuna görə, hələlik binaya daxil olmaq mümkünsüzdür. İçəridə qalanların olub-olmadığı binaya daxil olduqdan sonra bilinəcək.

**** 06.39

Bakıda güclü yanğın baş verib. FHN-dən  verilən xəbərə görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində baş verib.

Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadasıcəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Əlavə məlumat veriləcək.