adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Mart 2018 10:21
12284
DÜNYA
A- A+

Afrində 8 türk hərbçisi şəhid olub

Türkiyənin Afrində keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində 8 türk hərbçisi həlak olub.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında məlumat verilib.

Bəyanatda deyilir: "Əməliyyat çərçivəsində 8 hərbçi həlak olub, 13 hərbçi isə yaralanıb".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.