Əbülfət Mədətoğludan yeni şeir: KİMİ
Qaranlığı geyindim
Gecə köynəyi kimi...
Ruhumun sızıltısı -
Yara göynəyi kimi...
Ürək yay tək gərildi
Qəm boyumdan dərindi...
İstəmirsən , sən indi -
Söylə, görməyi kimi?!
Yerin bir bölgəsində
Mən adda köləsin də
Qoruyur , kölgəsində -
Allah , gör nəyi , kimi ...