adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
01 Mart 2018 17:40
11351
GÜNDƏM
A- A+

Rusiya Türkiyəni sona kimi dəstəkləyəcəkmi?

Türkiyənin Afrində başlatdığı "Zeytun budağı" əməliyyatı dünyanın diqqətindədir. 40 gündən artıq davam edən əməliyyatlar türkiyə Silahlı Qüvvələri inamlı qələbə qazanıb. Bir sıra dövlətlər bu məsələyə açıq münasibt bildirib. Azərbaycan Türkiyənin yanında olduğunu, əməliyyatları dəstəklədiyini bəyan etsə də ABŞ və bir sıra ölkələr əvvəl verdiyi vədlərin üstündə durmur. ABŞ-la yanaşı Rusiyanın Türkiyəni nə dərəcədə və nə zamana kimi dəstəkləyəcəyi sual altındadır.



Məsələyə münasibət bildirən millət vəkili Asim Mollazadə deyir ki, Türkiyə terrola mübarizə aparır və dost ölkənin başlatdığı bu mübarizə ədalətlidir. Millət vəkili qeyd edir ki, anti-terror əməliyyatlarına hər bir dövlət dəstək verməlidir: "Terror insanlığa qarşı ən qatı cinayətdir. Heç kim bu cinayətdən sığortalanmayıb. Türkiyədə son aylar ərzində müntəzəm olaraq terror hadisələri baş verirdi və bu hadisələrdə onlarla insan öz həyatını itirirdi. Bu üzdən Türkiyənin belə bir əməliyyata başlaması və terror quruplaşmalarına qarşı qətiyyətli addım atması təqdir olunur”.

A.Mollazadə Rusiyanın Türkiyəni nə dərəcədə müdafiə edəcəyi məsələsinə aydınlıq gətirib. Bildirib ki, şimal qonşumuzun Türkiyəıyə sona kimi dəstək verəcəyi inandırıcı görünmür. Hazırda Rusiya tərəfindən səsləndirilən dəstək bəyanatları isə görüntüdən başqa bir şey deyil.

Bu əməliyyatların necə bitəcəyinə aydınlıq gətirən millət vəkli qeyd edib ki, sonda Türkiyə zərəf çalacaq: "Mən Türkiyə Silahlı Qüvvələrinin gücünə inanıram. Belə bir əməliyyatları da zəfərlə başa vuracağına əminəm. Tanrı türkü qorusun”.


Politoloq Elxan Şahinoğlu isə məsələyə başqa prizmadan yanaşıb. O qeyd edib ki, ABŞ əvvəlkitək PKK/PYD cütlüyünə dəstək verir, Pentaqon terrorçularla Suriyada minatəmizləmə təlimlərinin şəkillərini paylaşır: "ABŞ Dövlət katibi Reks Tillerson bir müddət əvvəl Türkiyədə Ərdoğan və Çavuşoğlu ilə görüşdü. O, Suriyada əməkdaşlıq vədi verdi, ortaq mexanizmlər təklif etdi. Bu əməkdaşlığın reallaşmayacağını, Vaşinqtonun vədini yerinə yetirməyəcəyini və "ortaq mexanizmlərin” işləməyəcəyini elə Tillersonun Ankaradakı görüşləri zamanı bildirmişdim. Heç nə dəyişmədi. ABŞ əvvəlkitək PKK/PYD cütlüyünə dəstək verir, Pentaqon terrorçularla Suriyada minatəmizləmə təlimlərinin fotoşəkillərini paylaşır. Üstəlik, Vaşinqtondan açıqlama gəlir ki, Türkiyə Suriyadakı atəşkəsə riayət etsin. Ortaq mexanizmlər də söz olaraq qaldı. Beləcə, Ankara-Vaşinqton xəttində gərginlik davam edir”, - siyasi şərhçi qeyd edib.

Politoloq bildirib ki, Fransa da "bölgədə varam” deməyə çalışır: "Paris də Suriyada atəşkəsin vacibliyindən danışır, Fransa Prezidenti Emmanuel Makron tez-tez Ərdoğana zəng edərək, dərdləşir. Fransa Avropa Birliyinin iki aparıcı dövlətindən biridir, Almaniya isə ancaq köhnə qitənin problemləri ilə məşğuldur, çox uzaqlara getmək istəmir. Makron Ərdoğanın Suriyadakı planlarına mane olmayana qədər Türkiyə əməkdaşlığa ümid edə bilər. Hələ ki, Paris Vaşinqtondan fərqli olaraq Ankaraya maneə yaratmır, Türkiyəyə "hücumu dayandır” və ya "atəşkəsə riayət et” mesajları göndərmir. Görünür, Makron Ərdoğanla sıx dialoq yolu ilə Suriyada varlığını gücləndirmək istəyir”.


Türkiyəli professor Saleh Yılmaz deyir ki, Suriyada yeni tarazlıqlar Rusiyanı Türkiyənin PKK/PYDsiyasətinə dəstək verməyə vadar edir: "Suriyada Türkiyənin Afrin əməliyyatı və İsrail təyyarəsinin düşməsilə yeni ölkələr İsrail, Çin, Fransa və hətta İngiltərə kimi ölkələrin sahəyə qayıtması üçün bəhanə oldu. Türkiyənin Afrin əməliyyatından sonra hərəkatı Fəratın şərqinə istiqamətləndirə bilməməsi Rusiyanın indiyədək olan fəallığını təhdid edə bilər. Rusiya bu şərtlərdə Türkiyənin PKK/PYD siyasətinə dəstək verməyib tamaşaçı rolunu üzərinə götürsə eynilə təyyarə düşürmə təxribatçılığında olduğu kimi yeni hücumlarla toqquşmaların içinə çəlb edilməsinə səbəb ola bilər. Bu halda PKK/PYD-dən həm Rusiya həm ABŞ həm İsrail həm də Çinin istifadə etmə imkanı yoxdur. Rusiyanın hələ də PKK-PYD-dən ümidi varsa bu siyasət bir müddətdən sonra həlli çətin problemlər yarada bilər. ABŞ-ın silahlarla dəstək olduğu, maaşlarını verdiyi, təlim keçdiyi, müxtəlif düşərgələr açaraq himayə etdiyi PKK/PYD-nin Rusiyanın istəklərinə cavab verməsi əsasən mümkün görünmür. PKK/PYD tamamilə ABŞ-ın nəzarətində olduğuna görə bu təşkilatın Rusiyanın mənfəətinə çalışması gözlənilməməlidir. Bu yeni balansda Rusiyanın Türkiyə ilə birlikdə PKK/PYD ünsürlərinin şimaldan təmizlənməsi üçün ortaq strategiya üzərində hətta ortaq əməliyyatlarla bir mövqe ortaya qoyması vacibdir. Çünki Türkiyənin PKK-PYD siyasəti beynəlxalq qanuniliyi olan mübarizədir. Bu qanunilik istiqamətində şimalda özünə yer tapa bilməyən PKK/PYD həmin zamanda ABŞ-ın əlində silah da olmayacaqdır.


Ədil Ədilzadə