adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Mart 2018 17:56
10510
İDMAN
A- A+

Şəhriyar Məmmədyarov mövqeyini qorudu

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq siyahısını açıqlayıb.

Qol.az-ın məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 5 xal itirsə də, 2-ci pillədəki yerini qoruyub. O, hazırda 2809 xalla birinci pillədəki dünya çempionu Maqnus Karlsendən (Norveç) 34 xal geri qalır.

Qeyd edək ki, siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 18-ci (2748), Rauf Məmmədov 39-cu (2709), Arkadi Naydiç 45-ci (2701) pillədə yer alıb.