adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 Mart 2018 17:45
13903
MARAQLI
A- A+

Heyvanlar hava limanlarında işə götürülür - SƏBƏB

ABŞ-da hava limanlarında insanlara stress-terapevt kimi heyvanların cəlb olunması bir tendensiyaya çevrilib.Bu barədə ABŞ-ın nüfuzlu CNBC kanalı məlumat yayıb.

Ən çox fərqlənən Denver Beynəlxalq Hava Limanı xüsusi fərqlənir. Denver hava limanın bu sahədə nəhəng proqramı mövcuddur. Belə ki, hava limanında artıq min ədəd müxtəlif cins itlər və bir ədəd pişik həyəcanlımüştərilərin saktləşdirilməsi üçün xidmət göstərir.

Bu sahədə Şimali Kentukidə yerləşən Sinsinati hava limanı daha da irəli gedərək miniatür atların təlimini həyata keçirir. San-Fransisko hava limanında isə itlərlə yanaşı Lilu adlı donuz da həyəcanlı müştərilərə xidmət göstərir.

Qeyd edək ki, müştərilərə müxtəlif növ və cinslərdən olan heyvanları özləri ilə təyyarəyə götürməyə icazə verilmir.(modern.az)