adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
01 Mart 2018 17:35
13942
ELM VƏ TƏHSİL
A- A+

ADU-da Beynəlxalq Mülki Müdafiə Günü qeyd olunub

Martın 1-də Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri, dosent Sevda Zamanovanın təşkilatçılığı ilə 1 Mart-Beynəlxalq Mülki Müdafiə Günü münasibəti ilə tədbir keçirilib.

ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov 1 mart tarixinin dünyanın 100-dən artıq ölkəsində Beynəlxalq Mülki Müdafiə Günü kimi qeyd edildiyini vurğulayıb. O, əlavə edib ki, universitetdə bu əlamətdar günlə bağlı tədbirin keçirilməsi tələbələrin maariflənməsinə öz töhfəsini verəcək.

Fövqəladə HallarNazirliyinin (FHN) Mülki Müdafiə Qoşunları İdarəsinin rəis müavini, polkovnik Qüdrət Ağayev təmsil etdiyi qurumla ADU arasında əməkdaşlıqdan söz açıb. O, 1 Mart-BeynəlxalqMülki Müdafiə Günü haqqında geniş məlumat verib. Onun sözlərinə görə, dövlət mülki müdafiə sahəsində əhalinin mühafizəsi ilə bağlı tədbirlərin planlaşdırılması və həyata keçirilməsi,insanların təhlükəsizliyinin təminolunması ilə bağlı üzərinə öhdəlik götürüb və onların təhlükəsizliyini təminedir. Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti haqqında danışan Q.Ağayev nazirliyin tərkibindəki qurumların ən müasir texnika və avadanlıqlarla təchiz edildiyini, peşəkar xilasedici kadrların hazırlandığını diqqətə çatdırıb. Q.Ağayev fövqəladə halların qarşısının alınmasında profilaktik tədbirlərin görülməsi, dəyəbiləcək maddi ziyan və itkilərin maksimum azaldılması, fövqəladə halların nəticələrinin aradan qaldırılmasının mülki müdafiənin əsas məqsədlərindən olduğunu nəzərə çatdırıb.

Tədbirdə həmçinin səyyar mobil laboratoriya,radiasiya və müəyyən qrup qazları aşkarlayan cihazlar, onların taktiki, texniki göstəriciləri, həmçinin əleyhqaz, dəri mühafizə vasitələri və digər avadanlıqların istifadəsi haqqında məlumat verilib.